Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

General-mayor rütbəsi verilən Mirsaleh Seyidov kimdir? - DOSYE

Tarix: 21-11-2023 14:30     Baxış: 4259 A- / A+



Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.
Manevr.az News24.az-a istinadən xəbər verir ki, 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.
2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
20 noyabr 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, bu gün  Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar