Xəbər lenti
"Adları "it dəftəri" nə də layiq deyil" - Dəyanət Osmanlı
Dəyanət Osmanlı
Xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyi (AYB) 21 nəfəri mənzillə təmin edib. Bu da qurumun bəzi üzvləri tərəfindən narazılıqla qarşılanıb. İddia edirlər ki, 21 nəfər arasında təkrar mənzil alanlar və haqqı olmayanlar var. Mənzil alanlar siyahısında şair, jurnalist Dəyanət Osmanlının da adı var.
Manevr.az sözügedən mövzu illə bağlı D.Osmanlının fikirlərini təqdim edir:
"Narazılar həmişə ədalətsizlikdən danışırlar. Amma özlərinin fikirlərində nə dərəcədə haqlı-haqsız olduqlarını bilmirlər.
İnsan bir-birinin yaxşı gününə sevinməyi bacarmalıdır. 30-40 il dözüb ev alan yazıçı həmkarlarına kin-küdurət, qarğış yazanlar mənəvi cəhətdən kasad adamlardı. O qarğışlar başlarında çatlar, inşallah. Onlar heç zaman yaxşı nəsə düşünə, yaza və xeyirxah münasibət sərgiləyə, böyük-kiçik yeri bilməzlər. O çamurçuların səviyyəsinə enmək istəmirəm. Amma yerlərini tanıtdıram: Adları "it dəftəri" nə də layiq deyil. AYB həmişə imkanlarına görə və bəzən imkandan daha artıq səviyyədə üzvlərinin sosial durumunu yaxşılaşdırmağa çalışıb. Anar müəllim isə sədrliyi dönəmində yazarlara, xüsusən də gənclərə çox böyük qayğı göstərib. Ancaq təəssüf ki, bəzən xeyirxahlığı müqabilində haqsız hücumlar görüb. Yenə də böyük humanistlik edərək onları bağışlayıb, hətta mükafat, ev, təqaüd almasına kömək edib. Nə qədər evsizləri, imkansızları sevindirib, eyni zamanda, Birliyin nüfuzunu da qoruyub saxlayıb, bu göz qabağındadır. Uzun illər növbədə olan yazarlara bu günlərdə evlərin paylanması da növbəti xeyirxah addımdır. Əlbəttə, hamını eyni vaxtda evlə təmin etmək mümkün deyil. Mən başqa həmkarlarımıza da sevinməyi arzu edirəm. Ümidvaram ki, bu da zamanında gerçəkləşər", deyə Osmanlı vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar