Xəbər lenti
Azərbaycanda qadın direktorun ədəbsiz davranışı gündəm oldu

Direktorun dediklərindən aydın olur ki, rəhbərlik etdiyi təhsil ocağında nizam-intizam yoxdur.
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorundan bildirilib ki, məlum səs yazısından məlumatlıdırlar.
Səs yazısı ötən tədris ilində 9-cu siniflər arasında keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra yayılıb.
Həmin vaxt şagirdlər zəif nəticə göstərdikləri üçün direktor Arifə Əliyeva əsəblərini cilovlaya bilməyərək onları danlayıb və həmin səs yazısı məktəbdə işləyən bir müəllim tərəfindən qərəzli şəkildə yayılıb.
Qurumun mövqeyindən belə aydın olur ki, problem direktorun şagirdlərlə hansı formada ünsiyyət qurmasında yox, səs yazısının yayılmasındadır. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sözügedən məsələ araşdırılır. metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar