Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Heydər Əliyev və milli mətbuat” kitabı çap olunub

Tarix: 16-11-2023 19:20     Baxış: 4352 A- / A+

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan “Heydər Əliyev və milli mətbuat” kitabı çap olunub.
Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı qərarı ilə nəşr edilib. Kitabın  “Heydər Əliyevin dövlətçilik siyasətində mətbuat” adlı ön sözünün müəllifi və baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və əməkdar jurnalist Namiq Əhmədovdur. Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, nəşrə məsul filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. Kitabdakı araşdırmalardan “Heydər Əliyev və mətbuat” professor Vüqar Əhmədə, “Heydər Əliyev mətbuat və dövlətçilik əlaqələrinin qurulub- tənzimlənməsi haqqında” filologiya elmləri doktoru Elçin Mehrəliyevə, “Heydər Əliyev və “Molla Nəsrəddin” filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevaya, “Heydər Əliyev irsində Qarabağ zəfərinə gedən yol” filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmaya məxsusdur. Monoqrafiyada Heydər Əliyevin mətbuatla dövlətçilik əlaqələrinin qurulmasındakı tarixi xidmətlərindən bəhs olunur. 320 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının “Heydər Əliyev İli” nəşrlərinin təqdimatı zamanı həmin kitab da təqdim olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquiyev, AMEA- nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, Akademiyanın elmi müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin  Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları da iştirak ediblər. Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar