Xəbər lenti
Xankəndidən Ermənistanın havadarlarına MESAJ
Prezident İlham Əliyev Xankəndində keçirələn hərbi parad zamanı Ermənistan hakimiyyətinə və qondarma rejimin qalıqlarına mesajları oldu.
Manevr.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.
“Artıq bunun üçün fiziki imkanlarə da yoxdur. Lakin onlar gedib Ermənistanda hansısa qondarma rejim yaratmaq və ya bunu hökumət kimi elan etsələr belə Azərbaycan buna icazə verməyəcək. Eyni zamanda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü bağlı hansısa iddiaya düşərsə və yaxud sülh müqaviləsindən qaçarsa bunlara cavab verməyə hazırdır mesajı verildi. Biz bölgədə sülh olsun istəyirik. Azərbaycanın ən azı 100 min profesional yaratmaq imkanı var. Buna görə də Ermənistan hakimiyyəti revanşist meyillərdən əl çəkməlidir. Xüsusilə onların son zamanlar artn silahlanma halları fonunda biz bunu açıq şəkildə Ermənistan rəhbərliyinə vermiş kimi qəbul edirik. Bu mesaj həm də Ermənistan müxalifətinə verilmiş mesaj kimi də başa düşmək olar. Azərbaycan tərəfi açıq şəkildə bildirdi ki revanşist müxalifət Paşinyanı devirib Ermənistanda hakimiyyətə gələrsə və ərazimizə qarşı təhdidlər olarsa biz bu cəhdlərin qarşısını alacağıq. Bu onlar üçün daha böyük fiaskoyla nəticələnə bilər.”
Ekspert qeyd edib ki, burda mesaj tək Ermənistana deyil onun xarici havadarlarına aid idi.
“Hansı ki düşünürlər hansısa şəkildə Azərbaycana təzyiq edərək və Ermənistanı silahlandıraraq onların üzərindən ölkəmizə qarşı təxribatlar törədərək bizi nəyəsə məcbur edə bilərlər. Lakin hökumətimiz açıq şəkildə mesaj verdi ki bizim qorxumuz yoxdur, öz mövqeyimizdə sabitik və Azərbaycanın ərazi bütövlüyü müzkirə mövzusu deyil. Bu bizim qırmızı xəttimizdir. Buna görə də Ermənistanın havadarları bu xam xəyallarıdan əl çəkməlidirlər”, – deyə o vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar