Xəbər lenti
Zəfər yürüşünə çıxan əsgərlərimizin ayaq səsləri Xocalı yaramıza məlhəm oldu - Deputat
Müşfiq Məmmədli
Milli Məclisin üzvü
20 il əvvəl Azərbaycan xalqının etimadı ilə Azərbaycan dövlətinin prezidenti seçilən cənab İlham Əliyevin xalq qarşısında verdiyi söz Qarabağın işğaldan azad edilməsi idi. Münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycan dövlətinin çabalarını qulaq ardına vuran vasitəçi dövlətlər zamanla Azərbaycan xalqının bu işğalla barışacağına ümid edirdilər. Lakin bir şeyi unutdular, Azərbaycan xalqı bundan sonra bir qarış torpağını belə heç bir dövlətə güzəştə getməyəcək!
Üç il əvvəl Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz otuz il işğal altında qalan, talan edilən torpaqlarımızı azad etdi. Otuz il davam edən işğala son vermək üçün Vətən müharibəsinə böyük Vətən sevgisi ilə qoşulan Vətən övladları sözün əsl mənasında Tarix yazdılar. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycanımızın bütünləşməsi yolunda atılan ən mühüm addım idi.
44 gün davam edən Vətən müharibəsinin, haqlı savaşımızın məntiqi sonluğu isə Xankəndində Zəfər yürüşü olmalı idi və oldu da. İşğaldan azad edilən hər bir qarış torpağımızda Zəfər yürüşünə çıxan əsgərlərimizin ayaq səsləri Xocalı yaramıza məlhəm oldu, Xankəndində ucaldılan üçrəngli bayrağımız Bütün və Bütöv Azərbaycanımızın göylərini süslədi, körpələrimizin zəfər sevinci böyüklərimizin gözündə qürurla birləşdi. Bu yolda canından keçən şəhidlərimizin müqəddəs ruhları qarşısında dərin hörmət və sevgiylə baş əyirik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar