Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur azərbaycanlı həkim axtarılır : Hər ay bir xəstəsi ölür

Tarix: 25-05-2017 16:37     Baxış: 4466 A- / A+
Məşhur azərbaycanlı həkim axtarılır

Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Bakıda üzə çıxıb.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu, Mərkəzi Neftçilər Klinikasının şöbə müdiridir və hazırda da iş başındadır.

Xəbər verildiyi kimi Tbilisidə fəaliyyət göstərən "Lanset" klinikasının direktoru, Azərbaycan müxalifətinin maliyyə mənbələrindən biri kimi tanınan Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunub. Gürcüstan prokurorluğunun rəsmi açıqlamasında deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, onu "Türkiyədən dəvət olunmuş cərrah" kimi təqdim edib.

Daha sonra sosial şəbəkələrdə və TV-lərdə həmin cərrahın qara ciyər xəstələri üçü pulsuz müayinə keçirdiyi barədə elanlar verib. Bu elanları eşidən iki pasiyent ötən ilin martında klinikaya müraciət edib. Ceyranov onlardan cəmi 81 min dollar alıb. Azərbaycandan gedən cərrar xəstələrə qara ciyər köçürüb, lakin hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb.

Gürcüstan prokurorluğunun Ceyranovun həbsinə dair ötən gün yayılmış məlumatında Azərbaycandan dəvət edilmiş və türk kimi qələmə verilən həkimin kimliyi açıqlanmamışdı.

Bəlli olub ki, həmin cərrah-transplantoloq Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımidir. Kazımi iki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah kimi fəaliyyət göstərən Kaziminin xarici ölkələrdə, o cümlədən Gürcüstanda əməliyyat aparması üçün sertifikatı yoxdur. Lakin Kazimi öz briqadası ilə dəfələrlə "Lanset" klinikasında orqan köçürmə əməliyyatları aparıb. Ceyranovla Kaziminin işbirliyi birincinin Gürcüstana köçməsindən sonra başlayıb. Ceyranov pasiyentlərə Kazimini türkiyəli mütəxəssis kimi təqdim edib.

Mircəlalın Türkiyədə təhsil alması və xəstələrlə türk dilində danışması da pasiyentlərin aldadılmasında rol oynayıb. Dünyada qəbul olunmuş normalara görə qara ciyər transplantasiyasında ölüm riski 3-5 faiz arasında dəyişir. Lakin Kaziminin həyata keçirdiyi əməliyyatların 80 faizinin ölümlə nəticələndiyi barədə məlumatlar var.

"Mircəlal Kazıminin əməliyyatı nəticəsində ötən ay daha bir xəstə dünyasını dəyişdi. Demək olar ki, hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə ölüm faktları ciddi araşdırılmır, hər dəfə xəstə və ya xəstə yaxınları günahkar çıxarılır",-səhiyyə orqanlarındakı mənbəmiz bildirir.

Qazax rayon sakini, 36 yaşlı Vüsal Fərzəliyev də Mircəlal Kaziminin xəstəsi olub. Böyrək çatışmazlığından əziyyət çəkən Vüsala anasının böyrəyi köçürülüb, Kazimi ailəyə əməliyyatdan 15 gün sonra xəstənin tam sağalacağına təminat verib. Lakin Vüsal əməliyyatdan 1 ay sonra ölüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Kaziminin apardığı əməliyyat nəticəsində dünyasını dəyişən daha bir nəfər-26 yaşlı Səkinə Həsənova ilə bağlı məlumatlar da yer alıb. Qara ciyər transplantasiyasindan sonra dünyasını dəyişən gəncin valideynləri həkimi günahkar bilirlər. Onlarla xəstə isə həkimin yanlış diaqnozundan şikayətçidir.

Kazımi barəsində Gürcüstan hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə müraciət edib-etmədiyi bəlli deyil. Lakin necə ola bilər ki, qonşu ölkədə iki pasiyentin ölümünə görə axtarılan cərrah-transplantoloq Bakıda sərbəstcə öz işindədir?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar