Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ukrayna öldürə bilər, biz həbs edə bilmərik?

Tarix: 10-11-2023 14:12     Baxış: 3227 A- / A+


   
Qərbdə və Rusiyada bəzi media orqanlarında keçmiş qondarma rejimin geydirmə “liderlərinin” Azərbaycan dövləti tərəfindən beynəlxalq və milli hüquq normalarına uyğun olaraq həbs edilməsini qınamağa çalışan yazılar olur. Rusiyanı bildik - bütün müqavimət və mane olmaq cəhdlərinə rəğmən Azərbaycanın onların onillərlə istifadə etdiklərini həbs etməsindən, Kremlin qurduğu oyunları indi həbs edilənlərin etiraf etmələrindən narahatdır; yaxşı, bəs Qərb mediasına, onların bəzi siyasətçilərinə nə gəlib?!
Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Ukrayna haqq və azadlıq savaşı verir, Rusiyanın işğal etdiyi və illərdir separatizm bəlasını yaydığı bölgələrə təyin etdiyi və ya guya “seçilmiş” kimi görünən Kreml adamlarını heç həbs də etmir, istənilən üsullarla məhv edir – Qərb mediası bunu alqışlayır, Kiyevin addımlarını haqlı sayır, buna sözüm yox, düz edir; yaxşı, eyni Rusiyanın onillərlə dəstəklədiyi və təyin edib qoruduğu separatçıları Azərbaycan həbs edəndə niyə narahat olanlar tapılır ki?!
Hər görüşdə, onlarla hər müzakirədə bu məsələləri qabardırıq – bəzi Qərb dairələrinin davranışları, ritorikası Cənubi Qafqazda sülhə mane olur, Kremlin çörəyinə yağ sürtür, ikili standarlar olduğu fikrini Azərbaycan cəmiyyətində yayılmasına səbəb olur, bu isə məmləkətimizin Avropa və Qərb insitutları ilə yaxınlaşmasına maneçilik yaradır, ölkədə AB ilə strateji əməkdaşlıqdan yana olan siyasi qüvvələrin hekayəsini zəiflədir”, - o bildirib.
N.Cəfərli qeyd edib ki, sepatarizm, Ermənistanın Rusiyanın onillərlə dəstəyi ilə apardığı işğalçılıq siyasəti “haqq-ədalət”, “demokratiya davası” deyildi axı – sırf işğal, torpaq zəbti davası idi:
“İndi Azərbayan Ordusu bu məsələni özü çözdü, Ukraynaya Qərb böyük dəstək göstərir, doğru edir, amma biz köməksiz, öz gücümüzə separatizm bəlasının kökünü qazdıq, Rusiya və Sovet imperiyasının basdırdığı minanı təmizləyən ilk, hələ ki, yeganə ölkə olduq, bundan başqa post-sovet məkanında (Baltikyanı ölkələr xaric) NATO ölkəsi ilə qarşılıqlı ərazi bötövlüyünün qorunması, ordularımızın birgə davranması ilə bağlı müqaviləsi olan yegənə ölkə olduq. Bunu görməyənlər, dəyərləndirməyənlər siyasətdən bixəbərdir".axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar