Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elm və Təhsil Nazirliyi deputatın oğlunu məhkəməyə verdi

Tarix: 10-11-2023 08:44     Baxış: 3237 A- / A+
Elm və Təhsil Nazirliyi Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun oğlu Urxan Seyidov barəsində məhkəmə iddiası qaldırıb.

Məhkəmə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatına verilib.

Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Urxan Seyidov 2008-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 40 manat olan “Snur” MMC-nin (VÖEN - 1301634391) qanuni təmsilçisidir.  
Avropanın aparıcı şirkətlərindən olan “Garlando”nun rəsmi veb saytında qeyd olunur ki, şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi “Snur” MMC-dir.

“Garlando” şirkəti isə stolüstü oyunlar (bilyard, futbol, tennis və s.) üçün avadanlıqlar istehsal edən Avropanın və eləcə də dünyanın aparıcı şirkətlərindən biridir.

Bu şirkətin Ermənstandakı rəsmi tərəfdaşı Ermənistan Stolüstü Futbol Federasiyasıdır. “Garlando” şirkətiylə bağlı maraqlı məqamlardan biri də odur ki, bu şirkət Ermənistanın “Artsakh” (Xankədidəki keçmiş seperatçı rejimin adı – red) adlı klubunun baş sponsorudur. Ötən ilin noyabr ayında “Artsakh” klubu “Garlando” şirkətinin dəstəyi ilə Beynəlxalq Stolüstü Futbol Federasiyasının keçirdiyi Avropa Çempionlar Liqasında iştirak edib. ekonominfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar