Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bayraq Azərbaycandır

Tarix: 09-11-2023 18:22     Baxış: 3286 A- / A+
Azərbaycan – İsrail son döyüş hərəkətlərinin oxşar və fərqli cəhətləri

Azərbaycan öz torpaqlarını azad etmək uğrunda savaş açdı. 44 günlük (27.09 – 10.11.2020) Vətən Müharibəsində və sonrakı “anti-terror”, “lokal təmizləmə” əməliyyatları ilə ötən əsrin doxsanlarında ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların əraziləri tamamilə azad olundu, 15 oktyabr 2023-cü ildə bölgənin mərkəzi hesab olunan Xankəndi şəhərində Azərbaycan bayrağı ucaldıldı. 
İSRAİL 7 oktyabr 2023-cü ildə “Həmas” terror təşkilatını məhv etmək adı ilə savaş başlayıb, Fələstinin mərkəzi şəhəri hesab olunan Qəzzanı bombardman edərək dağıdır. Nəticə hələ ki, görünmür.
 
***
Yaxın Şərqdə otuz neçənci gündür ki, gərgin döyüşlər gedir. Oktyabrın yeddisində dünya miqyasında terrorçu təşkilat adlandırılan “Həmas” döyüşçülərinin İsrail ərazilərinə soxularaq yeddi qəsəbəni işğal etməsi, uşaqları qətlə yetirməsi, böyükləri girov götürməsi xəbəri bütün dünyaya yayıldı. Heç kim soruşmadı ki, İsrail sərhədçiləri, polisi hara baxırdı ki, terrorçular sərhəddi keçib bu qədər irəliləyə biliblər.
Uşaqların qətlə yetirilməsi məsələsi o qədər şişirdildi ki, hətta dünyanın ən böyük güc sahibi olan ABŞ rəsmisinin dilindən səsləndirildi. Bununla da ABŞ-ın İsrailin yanında durduğu bəlli oldu. İsrail ordusu hazırlıq vəziyyətinə gətirildi. Növbəti gündən İordaniya çayı sahilində, xüsusən də Qəzza bölgəsində müxtəlif dağıntılara və dinc sakinlərin qırğınlarına səbəb olan böyük savaş başlandı. Fələstin tərəfdən həlak olanların sayının on mini keçdiyi barədə məlumatlar yayılıb. 
Cənubi Qafqazda yerləşən Azərbaycanın əraziləri Ermənistan tərəfindən hələ XX əsrin doxsanıncı illərində hərbi güc vasitəsilə işğal olunmuşdu. Onda da ABŞ və digər nəhəng güclər Ermənistanın tərəfindəydi, hər hansı bir formada zorakılığı müdafiə edirdi. İşğal otuz ilə yaxın bir müddətdə davam etdi. Dünya belə bir təcavüzə göz yumdu, seyrçi qismində qaldı. Bundan ruhlanan ermənilər hər dəfə təmas xətti boyunca təxribatlar törədir, yeni torpaqlar işğal etmək iddiasına düşürdülər. Nəhayət, Azərbaycan tərəfin səbri tükəndi. Diplomatik sülh danışıqları yolu ilə ərazilərin işğaldan azad edilməsinə nail olmadıqda, hərbi güc vasitəsinə əl atmaqdan başqa çıxış yolu tapmadı. Ermənilərin növbəti dəfə təxribatlarının qarşısını alan zaman əks-hücum barədə əmr verildi. Bu, 27 sentyabr 2020-ci ildə baş tutdu. 44 gün davam edən döyüşlərdə rəşadətli Azərbaycan ordusu yalnız hərbi hədəfləri məhv etdi. Bölgədə yaşamaqda davam edən erməni sakinlərinə zərər verilmədi. 
 
*** 
Müasir dünyada informasiya mübarizəsi özü də döyüş hərəkətlərinin bir növü sayılır. Hər zaman olduğu kimi indi də müxtəlif şayiələr dolaşır. Hətta rəsm şəxslərin dilindən səslənən məsələlər bir müddət sonra gerçəkliyi əks etdirmədiyindən şayiə kimi qəbul olunur. İsrail jurnalistinin yaydığı, bir gün sonra ABŞ rəsmisinin səsləndirdiyi qırx yəhudi uşağının “Həmas” döyüşçüləri tərəfdən başları kəsilərək qətlə yetirilməsi barədə məlumat da düz çıxmadı. Türkiyəli jurnalistin sorğusunu rəsmən cavablandıran İsrail müdafiə nazirliyi belə bir hadisənin baş verdiyi barədə onlarda məlumat olmadığını bildirib. Baxmayaraq ki, buna qədər qısa müddət ərzində Azərbaycanın da daxil olduğu dünya efir məkanı belə bir yalanı müxtəlif formalarda yayımladı və dünya ictimaiyyətini inandırdı. 
Azərbaycan 44 günlük müharibədə döyüşləri şəffaf şəkildə idarə edirdi. Ali Baş Komandan hər gün yerli və xarici televiziya kanallarında azərbaycan, rus və ingilis dillərində müsahibələr verir, rəsmi tvitter səhifəsində məlumatlar yayırdı. Döyüşün ən şiddətli vaxtlarında belə yalnız hərbi və hərbi təyinatlı hədəflər vurulurdu. Azərbaycanın dinc sakinləri isə ermənilər tərəfdən hədəfə alınır, cəbhə xəttindən müxtəlif məsafələrdə uzaqda yerləşən Bərdə, Mingəçevir və Gəncə şəhərləri qadağan olunmuş raket, hətta kasetli raket hücumuna məruz qalırdı. Buna baxmayaraq nəinki Ermənistan ərazilərinə, heç Dağlıq Qarabağda olan dinc ermənilərin yaşadıqları şəhər və kəndlərə bir güllə də atılmadı. Yalnız Hadrut qəsəbəsində döyüşlər məhəlli xarakter aldı. Orda da müdafiə olunanlar erməni döyüşçüləri və onlara yardım göstərənlər idi, dinc sakinlər ərazidən uzaqlaşdırılmışdı. 
 
***
“Həmas”ı uzun illərdir ki, terror təşkilatı kimi tanıyırlar. Ancaq baş verənlər bunu təsdiq etmir. Öz torpaqlarında razılığı alınmadan yəhudilərə dövlət qurulan Fələstinə dövlətini qurmağa imkan verildi ki, özünə ordu yaratsın? İsrail dövləti qurulandan sonra Fələstin ərazilərini sıxışdırıb öz nəzarətinə götürməyə start verdikdən sonra fələstinlilərə gizli fəaliyyət göstərməklə mübarizəni davam etdirməkdən başqa çıxış yolu qoymadı. Say tərkibi qırx mindən çox olduğu deyilən “Həmas”, əslində Fələstinin ordusudur. İqtisadi cəhətdən zəif olan Fələstinin İsrail və digər inkişaf etmiş ölkələr kimi müasir texnikalarla təhciz olunmuş güclü ordu qurmaq imkanı olmadığından mümkün şəkildə silahlanıb və öz ərazilərini müdafiə etmək metodu seçib. Bu metod yeraltı tunellərdə cəmləşib müdafiə olunmaqdır. İsrail ordusu Qəzza bölgəsində evləri, binaları, sənaye komplekslərini bombardman edib dağıtsa da, nəinki “Həmas” döyüşçülərinə tələfat verə bilmir, hətta onlara yaxınlaşmağa belə cəsarət edə bilmir. İsrail ordusunun səhra qərargahının rəisi hər gün Qəzza bölgəsini nəzarətlərinə götürəcəkləri barədə yeni-yeni bəyənatlar versə belə reallıq başqa şey deyir. Bir aydan artıqdır ki, uzanan döyüşlərdə İsrail ordusunun tankları və döyüş maşınları “Həmas” döyüşçülərinin konkret hədəfindən yayınmaq üçün Qəzza bölgəsində tutduqları mövqedən daha iki kilometr məsafədə geriyə çəkildikləri barədə məlumat yayılıb. Hərbi hava hücumları nəticəsində Qəzzanı yerlə-yeksan edən edən İsrail ordusunun quru qoşunları bölgəyə yaxınlaşdıqları an tunel çıxışlarından ani görünən “Həmas” döyüşçüləri sərrast atəşlə onları yerindəcə məhv edir. İsrail kəşfiyyatının tunellərlə bağlığı yaydığı məlumatlar belə həqiqəti əks etdirmir. Onların aşkar etdiyi xəritələrə görə tunellərin böyük bir hissəsi dağıdılıb, “Həmas” döyüşçüləri məhv edilib. 
Dağlıq Qarabağ cəbhəsində ermənilər də yeraltı tunellərdə gizlənmişdilər. Azərbaycan əsgəri həyatını təhlükəyə ataraq onları məhv etdi. 
Tunel döyüş taktikası NATO ordusuna xas olan taktiki hərəkət deyildir. Heç Rusiya sistemində də belə bir variant döyüş taktikası nizamnamələrdə yer almayıb. Fələstin xalqının və ermənilərin belə bir döyüş təcrübəsindən bəhrələnməsi bu iki xalqın yaxınlığından, yaxud eyni mərkəzdən idarə olunmasından xəbər verir. Beynəlxalq aləmdə İranın adı daha çox hallanır. 
 
***
“Həmas”ın yeraltı tunellərdə gizlənərək döyüş aparması ucbatından İsrail ordusunun döyüş əməliyyatlarında iştirak edən quru qoşunları şəxsi heyəti təlaş içindədir. Baxmayaraq ki, Azərbaycan mediası da daxil olmaqla dünya mediası İsrail ordusunun əzəmətini, qüdrətini təbliğ edir, qırılan dinc sakinlərin üstündən sükutla keçərək, “Həmas” rəhbərlərindən hansınınsa məhv edildiyini tirajlayırlar. Bu, heç də həqiqəti əks etdirmir. Hətta İsrail səhra qərargahının rəhbərliyi başını itirib, döyüşlərin hansı məcrada davam etdiriləcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Bu az müddətdə “Həmas” tunel döyüş sistemi qüdrətli İsrail ordusu mifini darmadağın edib. 
Azərbaycanda, 44 günlük Vətən Müharibəsinin ilk günlərində də ermənilərin keçilməz “Ohanyan” səddi barədə də mif yaradılmışdı və təbliğ olunmaqdaydı, özü də Azərbaycanın öz mediası vasitəsilə. Hətta dünyanın ən güclü ordularının bu səddi yarıb keçmək qüdrətində olmadığı vurğulanırdı. Rəşadətli Azərbaycan ordusu döyüşün ilk günlərində “Ohanyan” səddini yardı, siçovul kimi qaçıb tunellərdə gizlənmiş erməni döyüşçülərini ordan çıxıb təslim olmağa məcbur etdi. Dünyaya yeni bir döyüş taktikasını – Ulduz müharibəsinin nümayişini göstərdi. 
Sözdə dünya ictimaiyyəti müharibələrə, qırğınlara, hər hansı bir zorakılıqlara qarşıdır. Bəs əməldə? Göründüyü kimi əməldə haqqın, ədalətin deyil, güclünün yanında olduğu faktdır. Hətta bölgədə yerləşən ərəb ölkələri Yaxın Şərqdə baş verənlərə qarşı seyrçidir. Yalnız Türkiyə etirazını bildirməklə missiyasını yerinə yetirmiş hesab edir. Bu, tarixin ən ədalətsiz səhifəsidir. 
 
***
Azərbaycanın çağdaş şairlərindən biri 44 günlük Vətən Müharibəsinə həsr etdiyi şeirini “Bayraqlar döyüşü” adlandırmışdı. Bəllidir ki, həmin vaxt alınan hər təpədə, yüksəklikdə, şəhər və kəndlərdə ermənilərin bayrağı endirilir, əzəmətli Azərbaycan bayrağı qaldırılırdı. Son döyüşlər faktiki olaraq 9 noyabrda – Bayraq günündə tamamlandı. On noyabra keçən gecədə tərəflər “Atəşkəs” razılığına gəldilər. 
Azərbaycan bayrağı altında sülh var, əmin-amanlıq var. 
Azərbaycan bunu dünyaya dəfələrlə nümayiş etdirib. Hətta Azərbaycan bayrağı altında yaşamaq istəməyən ermənilər Xankəndini tərk edib köçəndə də. 
İsrail Fələstin torpaqlarında yaradılmış bir yəhudi dövlətidir, onların da bayrağı altında müxtəlif millətlər yaşayır. Lakin bu bayraq humanizmi, sülhü qoruya bilmir. Qəzzada baş verənlər buna əyani sübutdur. 
İsrail bütövlükdə Fələstin torpaqlarını zəbt etmək, bölgədə mütləqi-hakim olmaq istəyindədir. Görəsən, Fələstin ərazilərinin hər yerində İsrail bayrağı bərqərar olarsa, bölgəyə sülh, əmin-amanlıq gələrmi? 
Nəsə inandırıcı görünmür. 

 
Əli BƏY AZƏRİ 
Azərbaycan Yazıçılar Birliyinin üzvü     
   

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar