Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan könüllüləri Zəfər Günü və Dövlət Bayrağı Gününü silsilə tədbirlərlə qeyd ediblər -ŞƏKİLLƏR

Tarix: 08-11-2023 17:52     Baxış: 3214 A- / A+


Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 8 noyabr – Zəfər günü və 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra layihə və tədbirlər həyata keçirilib.
İlk növbədə könüllülərimiz Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra isə könüllülərimiz II Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan vətən oğullarının məzarlarının üzərinə gül dəstələri düzüb, onların xatirəsini hörmət və ehtiramla yad ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Bununla, Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının tərəfdaşlığı və AKTİ-nin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər liqası” təşkil olunub. Sayca 3-cü dəfə təşkil olunan və könüllü təşkilatlarından ibarət 14 komandanın iştirak etdiyi turnir, UEFA-nın "Hat-trick" proqramı çərçivəsində həyata keçirilib. “Zəfər Günü”nə həsr olunmuş layihələr arasında “ASAN xidmət”, “ASAN Könüllüləri" Təşkilatı və AKTİ-nin birgə təşkilatçılığı ilə “Qarabağ üçün əl-ələ” adlı ASAN İnnovativ Həllər Hakatonu baş tutub. Qarabağın yenidən qurulmasında gənclərin iştirakçılığını artırmaq və innovativ həll yollarını axtararaq yeni təkliflər vermək niyyəti ilə həyata keçirilən hakaton 2 gün davam edib. Layihədə hər komandada 4 nəfər olmaqla 60 nəfər könüllü iştirak edib. Sözügedən layihələr çərçivəsində Bayraq günü münasibətilə könüllülər tərəfindən paytaxt sakinlərinə bayraqlar paylanılıb. Tariximizin şanlı günlərinə xüsusi önəmlə yanaşan Azərbaycan könüllüləri, Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Möhtəşəm zəfərin ardından 9 noyabr Bayraq Günü münasibətilə 200 nəfər Azərbaycan Könüllüsünün iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilən aksiyada şəhər sakinləri bu təşəbbüsü böyük maraq və qürur hissi ilə qarşılayıblar.

Xavərxanım Əlizadə
Manevr.az











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar