Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Zəfər yolu Vətəni sevməkdən, doğma torpağa bağlılıqdan keçir.”- Nadir Israfilov

Tarix: 08-11-2023 17:11     Baxış: 3185 A- / A+

Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
                                                                                                                                                   İlham Əliyev
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi günü kimi ümumxalq bayramına və qürur mənbəyimizə çevrilən Tarixi Zəfərimiz  Ümummilli liderimiz Heydər Əliyevin Vətənpərvərlik nədir sualına uzaqgörənliklə verdiyi cavabın nə dərəcədə müdrik olduğunu bir daha təsdiq etdi: "Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!".  Torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açdı.
 
Ölkə başçısının cəsarəti və qətiyyəti, xalqın Silahlı Qüvvələrin Ali Baş Komandanına inamı və güvəni, vahid amal ətrafında sıx birləşməsi, Azərbaycan diplomatiyasının uğuru, güclü, iradəli ordumuzun əzmi, qüdrəti sayəsində tariximizə yazılan şanlı səhifələr nəticəsində əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyuldu. Dövlət başçımızın xüsusi olaraq vurğuladığı kimi “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu.” 
 
Bəli, bu gün haqq-ədalət zəfər çaldı, Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi, beynəlxalq diplomatiyada öz sözünü dedi.  Əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda gedən, Vətən müharibəsi xarakteri alan ordumuzun xilaskarlıq savaşında vətəndaşlarımızın birlik və həmrəylik nümayişi, ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstəyi ordumuza uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış oldu.
 
Tarixi qələbəmizdə məktəblərimizin, müəllim və şagirdlərimizin də dəstəyi və əməyi az olmadı.
İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz əhval ruhla səfərbərliyə qoşulanların sırasında müəllimlər, digər təhsil sahəsi ilə bağlı işçilərinin də olması, paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.
 
O ağır və ağrılı günlərdə müəllimlərimiz iki cəbhədə mübarizə aparıb,  həm vətənpərvər gənclər yetişdirmək, həm də vətənin müdafiəsində iştirak etmək missiyasını yerinə yetirib.Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsinin ilk illərində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaət göstərərək mənfur düşmənə qarşı vuruşmuşlar, 700-dək təhsil işçisi böyük qəhrəmanlıq nümunəsi göstərib. 20 nəfər təhsil işçimiz şəhid olub.
 
Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir.
 
Müharibə dövründə bir xalq kimi nümayiş etdirdiyimiz milli birlik və siyasi həmrəylik Qarabağ zəfərini şərtləndirən mühüm amillərdən biridir. Bu gün Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır. Zəfər Günü ilə bağlı digər müəssisə və təşkilatlarda olduğu kimi, ali, orta-ixtisas və ümumtəhsil müəssisələrində də bayram əhval-ruhiyyəsi hökm sürür, Zəfər Gününə həsr olunmuş kütləvi tədbirlər həyata keçirilir, ümumi təhsilin məzmununda milli tərbiyə məsələləri, xüsusilə vətənpərvərlik tərbiyəsi, azərbaycançılıq ideologiyası və onun komponentləri ilə bağlı çoxsaylı layihələr reallaşdırılır.
 
Eyni zamanda, Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılır, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilir. Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri sayılır.
Bugünkü yeniyetmə və gənclər nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsalar, dövləti və millətin gələcəyi üçün bir o qədər yeni inkişaf və tərəqqi perspektivləri açılar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurum olaraq öz yetirmələrinin tərbiyəsinə kompleks yanaşmanı təmin etməli, ona çalışmalıdır ki, bu gün formalaşan yeniyetmə və gənc yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər və dövlətçiliyimizə sədaqətli olsun, vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin və xalqın hər bir uğuruna sevinmək onun idealına çevrilsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar