Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır - DOSYE - ŞƏKİL

Tarix: 08-11-2023 14:19     Baxış: 4154 A- / A+



Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları general rütbəsi ilə təltif edib. Onlar arasında polkovnik Namiq Bayramovun da adı var. 
Manevr.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, polkovnik Namiq Bayramov hazırda Hərbi Hava Qüvvələrində Hava Təlim Komandiridir. HHQ ixtisası üzrə kadrların hazırlanması işinə rəhbərlik edir.
Bayramov Namiq Süleyman oğlu 20 sentyabr 1971-ci ildə Qarabağlar kəndində anadan olub. O, orta təhsilini 1978-1988-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib. 1992-1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Uzun müddət Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinaylı hərbi hissələrdə bateriya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümuçqoşun Ordusunun idarə rəiai vəzifəsinədək şərəfli xidmət yolu keçib. 
2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib. 
Namiq Bayramov nümunəvi xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən Uğrunda" medalı, müvafiq olaraq "Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə" nişanı, habelə, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətlərə görə" 1, 2 və 3-cü dərəcəli medallarla təltif olunub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar