Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Braziliyada Heydər Əliyev İli və Azərbaycanın bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib -ŞƏKİLLƏR

Tarix: 06-11-2023 12:30     Baxış: 3245 A- / A+
Braziliyada Heydər Əliyev İli və Azərbaycanın bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi unikal balaban konserti ilə qeyd edilib.
Oktyabrın 31-də Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən bu ölkənin paytaxt şəhəri olan Braziliyada möhtəşəm konsert təşkil edilib. Avstriyada fəaliyyət göstərən Azərbaycanlı dirijor Abuzər Manafzadənin rəhbərliyi altında “Teatro Nacional Claudio Santoro” simfonik orkestrinin müşayiəti ilə Karen Danger-Manafzadə (soprano), Nicat Məsimov (balaban) və Sultan Hüseyn (nağara) Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngli proqramla çıxış ediblər.
Konsertin proqramında Sevil Əliyevanın “Ana” mahnısı, Fikrət Əmirovun “Sevil” operasından Dilbərin ariyası, eləcə də Abuzər Manafzadənin üç hissədən ibarət balaban konserti səsləndirilib. Həmçinin, K. Danger-Manafzadənin bəstələdiyi “Azərbaycan, gözəlsən” mahnısının ifası baş tutub. Xalq artisti, bəstəkar Sərdar Fərəcovun piano və simli alətlər üçün aranjimanında V.A.Motsartın “Türk marşı”, Vaqif Mustafazadənin Fortepiano və kamera orkestri üçün caz üslubunda konserti və A.Manafzadənin “Xocalıya” adlı əsəri ifa edilib. 
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Balaban və nağara xalq çalğı alətlərinin simfonik orkestr ilə yaratdığı ahəngdar səslənmə braziliyalı dinləyicilərə xüsusi zövq verib. Konsertdə ööləmizdən xüsusi qonaq qismində Milli Məclisin millət vəkili, Azərbaycan-Braziliya Parlamentlərarası Dostluq Qrupunun sədri Müşfiq Məmmədli iştirak edib. Braziliyanın turizm nazirinin müavini, digər hökumət rəsmiləri, senatorlar, federal deputatlar, o cümlədən Azərbaycan-Braziliya Parlamentlərarası Dostluq Qrupunun həmsədri deputat Klaudio Kajado və diplomatik korpus, mədəniyyət təsisatları, tələbələr və yerli ictimaiyyət iştirak edib.
Qeyd edək ki, bu tədbirlər Braziliyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və il ərzində Səfirlik tərəfindən təşkil olunmuş silsilə tədbirlərin yekunudur. Belə ki, bu il martın 12-də Rio De Janeyro şəhərində Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya simfonik orkestrinin konserti, mayın 24-də isə paytaxt Braziliada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist, “Montrö Caz Festivalı”nın qalibi Emil Əfrasiyabın konserti keçirilib.

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar