Xəbər lenti
Zəfər günümüz - tariximizin şanlı səhifəsi

Elə bir gün ki, Azərbaycanın ər oğulları bütün dünyaya türkün gücünü göstərdi. Xalqımız dövlətimizin və şanlı ordumuzun yanında qürurla yerini aldı. Dünyanın ən xain xislətli düşməni ilə üz- üzə olan ordumuz qarış - qarış torpaqlarımızı geri alır, xalqımıza qələbə sevincini yaşadırdı. Düşmən isə məğlub olduqca quduza dönüb hədəfini mülki vətəndaşlara yönəldirdi.Tərtəri raket yağışına tutan düşmən Bərdəni və Gəncəni də vururdu. Mülki vətəndaşlar - qocalar, qadınlar, uşaqlar bombaların altında həlak olurdu. Lakin nə ordumuz, nə də xalq geri çəkilmirdi. İllər boyu Vətən həsrəti çəkən xalqımız həm sevinir, həm də şəhid övladları üçün göz yaşı tökürdü. Dillər yalnız: "Vətən sağ olsun! -"deyə hayqırırdı. 8 noyabr 2020- ci il… Azərbaycan Respublikasının Ali Baş komandanı prezident İlham Əliyevin tarixi çıxışı və bu çıxış: Əziz Şuşa, Sən Azadsan! nidası ilə sonlandı. Bəli, Əziz Şuşa, sən artıq azadsan. 28 illik həsrətə son qoyuldu. Artıq sən, Azərbaycanın mədəniyyət beşiyisən! Xan qızı Natəvanın, Bülbülün ruhu şaddır! Sən, Xalqın Zəfərisən! Zəfər Günün mübarək olsun, Azərbaycan.!
Məltəm Anar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar