Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Laçında iki nazirlik birgə “Bayraq yürüşü” keçirəcək - Şəkil

Tarix: 04-11-2023 23:00     Baxış: 4208 A- / A+
lacinda-iki-nazirlik-birge-bayraq-yurusu-kecirecek
Noyabrın 6-da Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirəcək.

2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir. 


Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib. qafqazinfo

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar