Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla sərhəddə qərargah açdılar - “Bu başlanğıcdır”

Tarix: 01-11-2023 15:28     Baxış: 3200 A- / A+

Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının yeni qərargahı açılıb. Missiyada ümumilikdə AB-nin 23 üzv ölkəsinin müşahidəçiləri yer alır.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu AB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter missiyanın Yeqnadzorda mənzil-qərargahının açılış mərasimində çıxışı zamanı deyib.
“Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, AB missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yeqnadzor və İcevanda 6 ofisimiz vardı. Patrullarımızın köməyi ilə Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik. Keçən həftə Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrul keçirmişik.
Sərhəd bölgələrində olmağımızla gərginliyin azaldılmasına töhfə veririk. Bütün AB və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik, hesabatlarımızla AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinə töhfə veririk. Düşünürəm ki, hamımız bu regionun davamlı sülh və sabitliyə layiq olduğu ilə razılaşırıq. Ümid edirəm ki, birlikdə bu məqsədə töhfə verə bilərik”, - missiya rəhbəri bildirib.
Ritter gördükləri işləri “AB-nin Ermənistandakı missiyasının başlanğıcı” adlandırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar