Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib

Tarix: 30-10-2023 11:12     Baxış: 3209 A- / A+
Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunub. Xatırladaq ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Cümhuriyyətinin qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Oktyabrın 29-da Bakıda Heydər Əliyev Mərkəzində qardaş Türkiyə Cümhuriyyətinin  yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a bildirdi ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak edib:
"Tədbirin açılışında Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qardaş ölkələrin ortaq dəyərlərindən, aparılan uğurlu siyasətdən, Milli Məclisin sədri Sahibə Qafarova xalqların bir-birinə olan bağlarından, dövlət rəhbərlərinin yaxın qardaşlıq münasibətlərindən danışıb. Çıxış edənlər Türkiyənin Cümhuriyyət Bayramının Azərbaycanda təntənəli şəkildə qeyd olunmasından, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından bəhs ediblər", deputat vurğulayıb.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcep Tayyip Ərdoğanın video-müraciəti təqdim edilib.

Nigar Nəriman
Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar