Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Vətən müharibəsi iştirakçısına bəraət verdi

Tarix: 26-10-2023 22:15     Baxış: 3263 A- / A+

Məhkəmə Vətən müharibəsi iştirakçısına bəraət verdiŞəki Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vətən müharibəsi iştirakçısı Əhməd Ağabalazadənin barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Elşad İsayev məlumat verib.

Onun sözlərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Ağabalazadəyə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Vəkil bildirib ki, Ə.Ağabalazadə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilib və barəsində Şamaxı Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

İş məhkəməyə göndərilsə də, müdafiə tərəfinin vəsatətinə əsasən, məhkəmənin hazırlıq iclasında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə işin ibtidai istintaqı zamanı kobud qanun pozuntularına, o cümlədən müdafiə hüququnun kobud pozulmasına yol verildiyi üçün iş istintaqa qaytarılıb.

Bundan sonra istintaq orqanı tərəfindən məhkəməyə uzadılma ilə bağlı yenidən təqdimat verilib, məhkəmə həbsdə saxlama müddətini əlavə olaraq 3 ay uzadıb. Həmin qərardan müdafiə tərəfi şikayət verib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Şamaxı Rayon Məhkəməsinin qərarı ləğv olunub və həbsdə saxlama müddəti bir ay uzadılıb ki, müstəntiq işi aidiyyəti üzrə göndərsin. Lakin bütün bunlara baxmayaraq, istintaq orqanı yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı Şamaxı Rayon Məhkəməsinə müraciət edib, məhkəmə yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul edib.

Müdafiə tərəfi həmin qərardan apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edərək təqdimat vəsatəti rədd edib, birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərar və təqsirləndirilən şəxsin həbsdən azad olunması barədə ayrıca qərar qəbul edib.
Lakin Şamaxı Rayon Prokurorluğu işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərib və məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum edilib.

Həmin hökmdən müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb və təmin edilib. Vətən müharibəsi iştirakçısı barədə bəraət hökmü çıxarılıb.

Məhkəmənin qərarı ilə işi aparan müstəntiq və Şamaxı rayon prokuroru barədə xüsusi qərar qəbul edilərək tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib. e-huquq.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar