Xəbər lenti
“Azərbaycanla müharibə bitdi, fərqli rejimə keçirik” – Erməni deputat

Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qurgen Arsenyan deyib.
“Mən sülh haqqında danışmışam, bundan sonra da danışacam, çünki sülh bizim ən böyük sərvətimizdir. Sülh olarsa, Ermənistan cəmiyyəti yalnız bizim üçün faydalı olan həyat tərzinə keçə bilər”, - siyasətçi bildirib.
Arsenyan Baş nazir Nikol Paşinyanın da sülhdə maraqlı olduğunu iddia edir:
“Baş nazir Avropa parlamentində çıxışı zamanı Avropa ictimaiyyətinə bildirdi ki, siz artıq Ermənistan ərazisində hər iki tərəf üçün qarşılıqlı faydalı fəaliyyətləri həyata keçirə bilərsiniz. Məsələn, boru kəmərləri, magistral yollar, yüksək gərginlikli elektrik xətləri və sair.
Bizim əsas məqsədimiz regional ölkələr və qonşularla, o cümlədən Avropa Birliyi, İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycanla fəal iqtisadi əməkdaşlıq etməkdir. Bu o deməkdir ki, biz 30 illik blokada rejimindən açıq, dinc, qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçirik, bu hazırlığımızı bütün dünyaya bildiririk”.
Arsenyanın sözlərinə görə, 30 illik Ermənistan-Azərbaycan müharibəsi başa çatıb, amma həlli tələb olunan bəzi problemlər var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar