Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Baş prokuror Qarabağ separatçılarının istintaqından danışdı

Tarix: 23-10-2023 20:13     Baxış: 3280 A- / A+


   
Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil edən, özlərini qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” kimi təqdim edən Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan və digərlərinin istintaqları davam edir.
Manevr.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
O söyləyib ki, istintaq beynəlxalq konvensiyalara, standartlara və Azərbaycanın daxili qanunvericiliyinə uyğun olaraq aparılır.
“İstintaqın nəticəsi barədə Azərbaycan ictimaiyyətinə məlumat veriləcək. Qeyd etməliyəm ki, heç bir cinayət cəzasız qalmır. Cəzanın labüdlüyü, cəzasızlıq mühitinin olmaması bütün dövlətlərdə, sahələrdə vacibdir, o cümlədən haqqında danışdığım hallarla bağlı”, - K.Əliyev vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərdədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar