Xəbər lenti
Fransanın Ermənistanı silahlandırması yeni müharibəyə səbəb ola bilər" - Deputat
Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Bu açıqlama ilə Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lekornu çıxış edib. O qeyd edib ki, Paris və İrəvan oktyabrın 22-də hava hücumundan müdafiə sahəsində Fransa silahlarının tədarükü ilə bağlı sazişə imza atacaqlar.
Fransa müdafiə naziri əlavə edib ki, Fransanın Ermənistana tədarük edəcəyi sistemlər Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
Manevr.az bildirir ki, Fransanın Ermənistanı silahlandırmağa başlamasına münasibət toxunan Milli Məclisin deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, bu cəhdlər Cənubi Qafqazı yeni müharibəyə çəkməyə xidmət edir: “Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı gözləntilərin olduğu, hər iki tərəfdən mesajların verildiyi indiki məqamda Fransanın pozucu cəhdləri nəyə xidmət edir? Fransanın Ermənistanı silahlandırması sözsüz ki, ilk növbədə, Azərbaycana qarşı düşmənçilik etməkdir. Və Fransa bu düşmənçiliyi yalnız Ermənistanı silahlandırmaqla etmir, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, bəzi Avropa ölkələrində Azərbaycana qarşı əsassız qərarların qəbul edilməsinə çalışır”.
Millət vəkilinin sözlərinə görə Fransanın Ermənistanı silahlandırmağa qərar verməsi ermənilərdə revanşist hisslərin güclənməsinə gətirib çıxaracaq, bu isə iki ölkə arasında sülhün əldə edilməsinə zərbə olacaq: “Göründüyün kimi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bölgədə yaranmış yeni status-kvo Fransaya sərf etmir, ona görə də bütün mümkün təxribatçı addımlara əl atır. Fransanın bu pozucu təşəbbüslərinin qarşısını almaq üçün beynəlxalq qurumlar hərəkətə keçməlidir. Əks halda, yeni müharibə riski qabarıq şəkildə gündəmə gələcək. Avrikada və dünyanın başqa yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Fransa Cənubi Qafqazı növbəti hədəf kimi görür. Ona görə də, tək Azərbaycan deyil, bölgənin digər ölkələri də bu pozucu fəaliyyətə qarşı birləşməlidirlər”,
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar