
Xəbər lenti
İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə bağlı bir qrup fəal gənc birinci və ikinci fəxri xiyabanı ziyarət edib -ŞƏKİLLƏR

Daha sonra Gənclərimiz Heydər Əliyev Mərkəzi və Hərbi Qənimətlər Parkını ilə tanış olublar. İlk öncə ziyarətçilər 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar.
“Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətlərinin, çoxəsrlik tarixinin, mədəni irsinə dair nadir eksponatların nümayiş etdirildiyi barədə məlumat verilib. Bildirilib ki, bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Hərbi Qənimətlər Parkında olarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları ilə tanış olublar.
Eyni zamanda gənclərimiz Müzəffər Ali Baş Komandanın Xankəndində, Xocalıda, Ağdərədə, Əsgərənda, Sərsəng su anbarında dövlət bayrağımızın qaldırılmasını böyük sevinclə qarşılayıblar. Qarabağımızın, bütöv Azərbaycanımızın memarı, gənclərin dəstəkçisi, cənab Prezidentlə gənclərimiz qürur duyur, fəxr edir, Ondan güc alır. Gənclər əminliklə vurğulayıblar ki, onlar Ulu Öndər idealları ilə silahlanaraq, hər zaman Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, onun müsəlləh əsgərləri kimi istənilən tapşırığı icra etməyə hazırdırlar.


































Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar