Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

DTX-nın həbs etdiyi Nəzakət Məmmədovanı ağır cəza gözləyir – Vəkil açıqladı

Tarix: 21-10-2023 20:20     Baxış: 3309 A- / A+




Xəbər verdiyimiz kimi, Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Ağır maddə ilə ittiham olunan N.Məmmədovanı hansı cəza gözləyir?
Manevr.az-ın xəbərinə görə, mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, dövlət təhlükəsizliyi sahəsində əməliyyatların və istintaqların həyata keçirilməsi DTX-nın öhdəliyindədir.

Elçin Sadıqov
O bildirib ki, belə bir əməliyyat keçirmək üçün DTX-da səlahiyyət var:
“Əgər Nəzakət Məmmədovanın təqsiri sübuta yetirilərsə, onu 12 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər cəza gözləyir. Sosial şəbəkələrdə yazırlar ki, guya N.Məmmədova Rusiyaya işləməkdə ittiham olunan ilk şəxsdir, amma yanlış məlumatdır. Rusiyaya casusluqda ittiham və məhkum olmuş onlarla insan var. Hətta həmin məhkumlar arasında MTN-nin keçmiş əməkdaşları da olub”.
Xatırladaq ki, N.Məmmədova uzun müddətdir Rusiya lehinə paylaşımlar və çıxışlar edir. Onun açıq şəkildə Rusiya Federasiyası xeyrinə danışması, yazması ictimai qıcıq yaradırdı. Amma bir məsələ var ki, casusluq heç vaxt açıq şəkildə edilmir. Gizli, qapalı şəkildə həyata keçirilir. Görünür, dövlətdə N.Məmmədova ilə bağlı elə məlumatlar olub ki, onun saxlanmasına göstəriş verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar