Xəbər lenti
Prezidentin “Füzuli şəhər günündə” vermiş olduğu mesajın əhəmiyyəti – Millət vəkili

Prezident İlham Əliyev cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çox mühüm mesajlar verdi. Ölkəmizin başçısı son antiterror tədbirləri ilə separatizmə birdəflik son qoyulduğunu, Azərbaycan ərazisində bir daha bu kimi zərərli ünsürlərin baş qaldıra bilməyəcəyi qəti şəkildə vurğuladı. Bunun Azərbaycan dövlətinin gücü və xalqımızın qətiyyəti sayəsində mümkün olduğunu bildirildi. Artıq Qarabağda tam təhlükəsizlik təmin edilib. Keçmiş qaçqın və məcburi köçkünlər kimi füzulililər də geri qayıdır. Füzuliləri tarixi gün münasibəti ilə təbrik edən ölkə başçısı gənc nəslin də öz doğma torpağına gəlməyə qərar verdiyini bildirib. Qeyd edib ki, bu böyük hadisədir. Çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Sözsüz ki, bu Azərbaycan xalqının böyüklüyünü göstərir. Azərbaycan xalqı hər zaman öz doğma diyarına, torpağına bağlı olub.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu gün azad edilmiş digər ərazilərimiz kimi Füzulinin yeni siması göz oxşayır: “İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır ki, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə keçirilib. Ağdamda və Zəngilanda bu tədbirlər təşkil edilib. Eyni zamanda digər şəhərlərdə bütün layihələr təqdim olunub. Təbii ki, Füzulidə və başqa şəhər və kəndlərdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun təsbit edilib. Artıq azad edilmiş ərazilərdə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirir. Çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb. Sözsüz ki, azad edilmiş digər şəhərlərin də siması Füzuli şəhəri kimi olacaq”.

Aqil Məmmədov bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş bütün bölgələrimiz kimi Füzulinin də tamamilə yenidən qurulduğunu bildirib: “Artıq Böyük Qayıdış proqramına uyğun olaraq Füzulidə yaradılan infrastrukturla yanaşı burada geri dönüb, əbədi xoşbəxt yaşayanların da sayının artması müşahidə edilir. Ölkəmizin başçısı da “Füzuli şəhər günü” ilə bağlı tədbirdə görüşdə sakinlərə ilin sonuna kimi burada təqribən 2 minə yaxın insan yaşayacağını bildirdi. Bu bir reallıq ki, Böyük Qayıdış Proqramı qəbul olunduğu andan böyük uğurla icra edilir. Artıq Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonuna kimi Füzulidə 22 min sakinin geri dönüb yaşaması nəzərdə tutulub. Ümumilikdə isə dövlətimizin başçısının da açıqladığı kimi bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın geri dönüb, rahat, xoşbəxt təhlükəsizlik şəraitində, əbədi olaraq yaşayacaq. Buna güclü, qalib Azərbaycan dövləti təminat verir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar