Xəbər lenti
"Əvvəlki illərdən qalmış 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşıb..."

Şəfahət İmranov
Hərbi prokurorun müavini, ədliyyə-general mayor
"2005-ci ildən başlayaraq, yəni möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə cənab Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edildikdən sonra Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilmişdir.
Belə ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırmasının yekunlaşdırılmasına, o cümlədən cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunmuşdur."
Manevr.az bildirir ki, bu sözləri Hərbi prokurorun müavini, ədliyyə-general mayoru Şəfahət İmranov "Respublika" qəzetinin bugünkü sayında dərc edilən "Ulu Öndər Heydər Əliyev prokurorluğun da hamisi idi" sərlövhəli məqaləsində qeyd etmişdir...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar