Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Akademik Kamal Talıbzadə” kitabı işıq üzü görüb

Tarix: 18-10-2023 21:38     Baxış: 4501 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Akademik Kamal Talıbzadə” kitabı çap 
edilib. Kitab “Sənətkarın elmi pasportu - 42” seriyasına uyğun olaraq hazırlanıb.

Akademik Kamal Talıbzadənin anadan olmasının 100 illiyinə həsr 
olunan nəşr Ədəbiyyat İnstitutunun Elmi Şurasının 1 iyun 2023-cü il tarixli 3 saylı qərarı ilə işıq üzü görüb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ədəbi-tənqidi fikrin patriarxı” başlıqlı ön sözündə görkəmli Azərbaycan tənqidçisi, akademik 
Kamal Talıbzadənin zəngin yaradıcılığını yüksək qiymətləndirib.Kitabın tərtibçisi Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflidir. Redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadədir.
Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin əməkdaşlarının hazırladığı kitabda akademik Kamal Talıbzadənin həyat və sənət yolundan bəhs olunur. Kitabda yubliyarın ömür yoluna aid müxtəlif fotolar da yer alıb. 
“Elm və təhsil” nəşriyyatında çap edilən kitab 288 səhifədir. Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Gülnar Səma 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar