Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti jurnalistə hücum etdi - Məhkəmədə qalmaqal

Tarix: 23-05-2017 16:36     Baxış: 5314 A- / A+
Xalq artisti jurnalistə hücum etdi


Bu gün Nəsimi Rayon Məhkəməsində "O səs Türkiyə" yarışmasından tanınan müğənni Gülşən İbadova və türkiyəli müğənni Akın Mahmudun şikayətinə baxılıb.

Qeyd edək ki, ifaçılar teatrın direktoru Akif Məlikovu, teatrın digər əməkdaşları xalq artisti Samir Cəfərov, əməkdar artist İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Abbasova, Tural Ağayev, Nərminə Nağıyeva, Asya İsmayılova və Ləman Tağızadə haqqında iddia ərizəsi qaldırıb.

Manevr.az axşam.az-a istinadən xəbər verir ki, baş tutan məhkəmə iclasından sonra teatrın adıçəkilən əməkdaşları və digərləri zalda olan "Yeni Müsavat" ın əməkdaşı Xalidə Gəraya hücum edərək, təhdid və təhqir ediblər. Bu azmış kimi incənət nümayəndələri məhkəmə zalının qapısını bağlayaraq, jurnalistin əl-qolundan tutub onun zaldan çıxmasını əngəlləyib, öz təhqirlərinə davam edərək "siz dövlətçiliyin əleyhinəsiz", "sizin nə ixtiyarınız var teatr haqqında yazırsız" kimi və qeyri-etik ifadələr səsləndiriblər.

Daha sonra insidentə hüquq-mühafizə orqanları müdaxilə edib, olayı sakitləşdirməyə çalışıb. Teatrın işçiləri bu hərəkətlərinin səbəbini jurnalistin video və şəkil çəkməsi ilə izah ediblər. Lakin hüquq mühafizə orqanları tərəfindən yoxlanılan jurnalistin üzərindən heç bir video və görünütü aşkarlanmayıb. Teatr əməkdaşları bununla kifayətlənməyib, məhkəmənin həyətində jurnalistin üzərinə gəliblər. Xalq artisti Samir Cəfərov yenidən jurnalistə qarşı hədyanlar səsləndirib.

Qeyd edək ki, hakimin qərarı ilə qalmaqallı məhkəmə iyunun 22-dək təxirə salınıb.
Xatırladaq ki, "O səs Türkiyə" yarışmasından tanınan ifaçı Gülşən İbadova və Mahmut Akın öz şikayət iddialarında teatrın əməkdaşları tərəfindən yayılmış məlumatların həm saytlarda, həm də sosial şəbəkələrdə təkzib edilməsi, barələrində söylənilən təhqiredici ifadələrə görə ölkə ictimaiyyəti qarşısında üzr istəmələrini tələb edib. Həmçinin G.İbadova və A.Mahmud dəymiş zərərin əvəzi kimi həmin şəxslərin hər birindən 30 min manat məbləğində pul iddiası irəli sürüb (ümumilikdə 270 min manat).

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar