Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib -ŞƏKİLLƏR

Tarix: 17-10-2023 12:14     Baxış: 3559 A- / A+


Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Hərbi Prokurorluqdan Manevr.az-a verilən məlumata görə, tədbirdə akademiyanın rəisi general-mayor Azər İbrahimov, Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov, Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın nurlu gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən, xalqın müdrikliyindən və əzmkarlığından danışdılar.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, eləcə də antiterror tədbirlərindən, o dövrlərdə prokurorluğun, hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.
Mərasimdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar