Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"MDB-də dini və etnik baxımdan Azərbaycanla qardaş ölkələr var" - Millət vəkili

Tarix: 17-10-2023 10:59     Baxış: 4331 A- / A+


“Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə həm bu birlik çərçivəsində, həm də ikitərəfli qaydada ən müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Sovet dövründə, uzun illər bir siyasi sistemdə birgə fəaliyyət göstərmiş ölkələrin müstəqillik dövründə də qarşılıqlı fəaliyyəti əhəmiyyətlidir”.
Manevr.az bildirir ki, bu sözləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışına münasibət bildirərkən söyləyib.
Millət vəkili bildirib ki, Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur: “Bu baxımdan, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının qərarları gələcəkdə MDB-yə daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Bir önəmli məqamı da nəzərdə almaq lazımdır ki, MDB-də təmsil olunan dövlətlər içərisində Azərbaycanla dini, etnik baxımdan dövlətlər var. Eyni zamanda, Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələr, həmçinin MDB-də təmsil olunurlar. Bu isə Azərbaycanın bu qurumda daha etibarlı dayaqlarının olmasına zəmanət verir”.
Bişkekdə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Prezident İ.Əliyevin çıxışındakı məqamlara toxunan A.Məmmədov bu sırada iqtisadi əməkdaşlığın müsbət dinamika ilə inkişafını qeyd edib: “Cənab Prezident bildirdi ki, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar