Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Koçaryanla Serj Sarkisyan Bakıya gətiriləcək” - AÇIQLAMA

Tarix: 16-10-2023 22:31     Baxış: 3241 A- / A+
“Ermənilər bütün tarix boyu sərsəm xülyalarla yaşayıblar”.

Bu sözləri  Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, Qarabağdan Ermənistana qaçan separatçı xunta üzvlərinin Azərbaycanla “mübarizə” aparacaqlarına dair bəyanatlarına, habelə qondarma rejimin özünü buraxmasının ləğv edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, bu barədə separatçı rejimin “təhlükəsizlik şurası”nın sabiq “rəhbər”i Samvel Babayan danışıb. O, tanınmamış “DQR”in özünü buraxmasının ləğv edilməsini qeyd edib.

E.Məmmədov əlavə edib: “Onların bir saytında Türkiyədə zəlzələ olan zaman veriliş getmişdi. Təlxək bir erməni saxta bir bayrağın altında oturub deyirdi ki, mən “Qərbi Ermənistan Respublikası”nın “prezidenti”yəm, orada həlak olanların çoxu ermənilərdir və guya məcburən özlərini türk kimi qələmə verirlər. Mən də bu “respublika”nın “prezident”iyəm və bütün “qurumlar”ımız fəaliyyət göstərir” və s.

Baxın-görün, nə qədər gülünc və iyrənc hərəkətlərdir. İndi də Qarabağdan qaçan təlxəklər İrəvana yığışıb qondarma rejimin dirçəldilməsi ilə bağlı axmaq-axmaq bəyanatlar verirlər. Onlara bircə şeyi başa salmaq lazımdır ki, qatar getdi və siz ancaq onun dalınca baxa bilərsiniz”.

O, söyləyib ki, cənab Prezident dünən Xankəndidə bayrağı ucaltdı, mərkəzi binanın üstündə Azərbaycanın gerbi quruldu və ölkə başçısı revanşistlərə sözünü dedi ki, o torpaqlar, yurd-yuva bizimdir və əbədi də bizimki olacaq: “Separatçıların bəziləri indi Bakıdakı təcridxanalarda cəzalarını çəkirlər. İrəvanda oturub danışanların da hamısı “Interpol” xətti ilə Azərbaycan tərəfindən axtarışa verilib. Hələ Robert Koçaryanla Serj Sarkisyan da Bakıya gətiriləcək, Samvel Şahramanyan, Samvel Babayan və digələrinin hamısı cəzalarına çatacaq".

“İndi oturub orada danışır ki, biz mübarizəmizi davam etdirəcəyik və s. Bəyəm, sənin parlamentin var idi? Sən kim idin? Sən nəçi idin? Yaratdığın xunta nə idi? Bunların hamısı artıq tarixin zibilliyində qaldı. Biz bu gün haqq-ədaləti bərpa etdik, ərazilərimizi separatçılardan təmizlədik, əbədi olaraq orada biz yaşayacağıq. Artıq ermənilərin dedikləri xam xəyallardır ki, onunla yaşayıb sonunda da cəhənnəmə vasil olacaqlar”, - O, fikirlərini tamamlayıb. yenisabah.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar