Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Təxribatlara qarşı birgə fəaliyyət MDB ölkələrinin maraqlarına cavab verir" - Deputat

Tarix: 14-10-2023 13:01     Baxış: 4282 A- / A+



“Azərbaycan Müstəqil Dövlətlər Birliyində üzvlüyü həm müttəfiq ölkələrlə əvvəlki dövrə aid əlaqələrə, həm də hazırkı dövrdə ikitərəfli və kollektiv münasibətlərə söykənir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündəki çıxışına münasibət bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə qlobal təhdidlərin artdığı indiki vaxtda kollektiv təhlükəsizlik anlayışı mühüm rol oynayır: “Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etməklə, bu cür təhdidləri xeyli dərəcədə məhdudlaşdırıb. Görüşdəki çıxışında cənab Prezident də qeyd etdi ki, “Azərbaycanın artıq daxili təhdidləri yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır”.
Ermənistanın təxribatları və hərbi cinayətləri ilə başlayan İkinci Qarabağ müharibəsi barədə məlumat verən Prezident İlham Əliyev bildirdi ki: "2020-ci ilin sentyabrında 44 gün davam edən, müharibə Ermənistan ordusunun tamamilə darmadağın olmasına və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxardı. Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı."
Görüş zamanı Prezident İlham Əliyev Fransanın Cənubi Qafqazdan sülhün bərqərar olunmasına qarşı həyata keçirdiyi siyasəti dəqiq təsvir etdiyini deyə A.Məmmədov, rəsmi Parisin bu mövqeyinin vasitəçilik missiyası ilə bir araya sığmadığını qeyd edib: “Cənab Prezidentin bildirdiyi kimi fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır; - İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır”. Müasir dünyada hələ də müstəmləkçilik ideyaları ilə yaşayan Fransa indi də gözünü Ermənistana dikib”.
“Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş və sistemli işin daha yüksək səviyyədə təşkil olunmasının, zərurət olduğu təqdirdə pozucu ünsürlərə qarşı tədbirlərin effektivliyini vurğulayan A.Məmmədov MDB ölkələrinin xüsusi xidmət orqanları arasında kordinasiyalı fəaliyyətin, təhdidlərə, təxribatlara qarşı birgə mübarizənin bütün üzv dövlətlərin maraqlarına cavab verdiyini deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar