Xəbər lenti
Məhkəmə işində vəkil qardaşı çıxdı, hakim özü-özünə etiraz etdi

Bu barədə hakimin qardaşı vəkil Rüfət Mirzəliyev məlumat verib.
Onun sözlərinə görə, vəkil əmlakın üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edib. İş icraata verildikdə təyin olunan hakimin qardaşı Ruslan Mirzəliyev olduğunu görüb və bu barədə ona məlumat verib. Hakim Ruslan Mirzəliyev işə baxmaqdan imtina edib və iş başqa hakimin icraatına verilib.
Qeyd edək ki, hakimin mülki və ya kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslərlə və yaxud onların nümayəndələri ilə, cinayət işində isə ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. e-huquq.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar