Xəbər lenti
Araik, Bako və Qukasyan belə saxlanılıb – ŞOK PLAN VƏ YENİ DETALLAR
Qarabağdakı keçmiş qondarma rejimin “prezidentləri”nin saxlanılma prosesi ilə bağlı yeni iddialar ortaya atılıb.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, erməni jurnalist Tatul Hakopyan bu məsələni araşdırdığını və şok detalların üzə çıxdığını bildirib.
Hakopyan “keçmiş prezidentlər” Bako Saakyan, Arkadi Qukasyan və digər separatçı Davit İşxanyanın xəyanətə uğradıqlarını deyib:
“Qukasyan və Saakyan bir neçə həftə öncə sülhməramlıların vertolyotunda Xankəndidən Sisiana qaçmağa çalışıblar. Davit İşxanyan da onlarla olub. Lakin Xankəndi hava limanında bütün uçuşlara Azərbaycan xüsusi xidmət orqanları nəzarət etdiyi üçün bu planı həyata keçirməyi bacarmayıblar. Daha sonra Qarabağda rusların aviabazasında gizləniblər. Onlar inanırdılar ki, əvvəl-axır Xankəndidən Ermənistana, ya da Rusiyaya vertolyot uçacaq, beləliklə qaça biləcəklər. İrəvan onlara dəfələrlə Azərbaycanla danışıqlar aparmağı təklif etdi, lakin qulaq asmadılar. Onlar daha sonra aviabazadan çıxaraq keçmiş “daxili işlər naziri” Karen Sərkisyanın Xankəndidəki evinə gediblər və orada saxlanılıblar”.
Erməni jurnalist digər terrorçu lider Araik Arutyunyanın da qaçmaq istədiyini bildirib:
“Bütün bunlar baş verərkən Araik Arutyunyan Xankəndidə səhmlərinin bir hissəsi ona aid olan konyak zavodunda gizlənib. Əldə etdiyimiz məlumata görə, saxlanılmazdan əvvəl Azərbaycan tərəfi ilə əlaqə saxlamaq və qaçmasının əvəzində müəyyən təkliflər vermək istəyib. Lakin Azərbaycan xüsusi xidmət orqanları onun gizləndiyi yeri aşkar edərək əməliyyat nəticəsində saxlayıb, daha sonra Bakıya aparıblar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar