Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan öhdəlik götürüb: 8 kənd qaytarılır

Tarix: 12-10-2023 09:54     Baxış: 3295 A- / A+

Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi 8 kəndi (Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi - red.) qaytarmağa hazırlaşır.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə “168.am” saytı yazıb.
Sayt qeyd edir ki, Nikol Paşinyan son müsahibələrində bu məsələyə açıq şəkildə toxunub.
“Baş nazir Azərbaycanın bu kəndlərlə bağlı hüquqi əsası olmadığı haqda danışsa və erməni kəndlərinin də qaytarılması tələbini irəli sürsə də, əslində bu məsələ 2020-ci ilin 10 noyabrında həll edilib. Həmin vaxt Bakı bu kəndlərin qaytarılması şərtini də bəyanata daxil etmişdi, lakin son anda çıxartdılar və Paşinyan bununla bağlı öhdəlik götürdü. İndi həmin öhdəliyin yerinə yetirilməsinin vaxtı çatıb”, - sayt qeyd edib.
Sayt Ermənistandə bu haqda daxili müzakirələrin başlandığını bildirib:
“Paşinyan kəndlərin qaytarılmasında heç bir maneə görmür. Yaxın dövrdə bu məsələ aktuallaşacaq”.
Ermənistanın Mili Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da hesab edir ki, Paşinyan artıq prosesin sonuna çatıb və ilk növbədə 8 kəndi Azərbaycana təhvil verəcək, daha sonra dəhliz tələbini yerinə yetirəcək.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar