Xəbər lenti
Əfsanəvi siyasətçi qadın vəfat edib
Tanınmış siyasətçi Bojena Fukova 82 yaşında vəfat edib. O, Çexoslovakiya Sosialist Respublikası (ÇSSR) Milli Məclisinin 1968-ci ildə ÇSSR ərazisində sovet qoşunlarının müvəqqəti yerləşməsi haqqında müqavilənin imzalanması əleyhinə səs vermiş yeganə deputatıdır. B. Fukova bir neçə il əvvəl jurnalistlərə müsahibəsində təsdiq edib ki, bu addımına görə heç vaxt təəssüf hissi keçirməyib. Halbuki dərhal deputat mandatından məhrum edilib və sonralar azyaşlı qızını böyütmək üçün iş axtarıb tapmaqda böyük çətinliklərlə üzləşib.
B.Fukova 1989-cu ildə "məxməri inqilab”dan sonra Çexoslovakiya Federal Məclisinin üzvü olub və sovet qoşunlarının ölkə ərazisindən çıxarılmasını müşahidə edən komissiyada çalışıb. 2006-cı ildə Slovakiyanın, 2014-cü ildə Çex Respublikasının dövlət mükafatları ilə təltif edilib. 2016-cı ildə "Xartiya 77” Fondu ona Frantişek Krigel mükafatını təqdim edib. (AZƏRTAC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar