Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlətçiliyimizin ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin qətiyyəti xalqımızı və Azərbaycanımızı həmişə xilas edib

Tarix: 10-10-2023 18:57     Baxış: 4466 A- / A+
Vidadi Murtuzayev
 Hüquqşünas



Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən Respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanda dövlətçiliyinin bərpası edilməsi, zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.  Ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə Azərbaycan müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha təsdiqləmişdi. Eyni zamanda, əsası xalqımızın Ummmilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının möhkəm elmi təməllər üzərində qurulduğunu və region dövlətlərini uğurlu inkişaf modeli idi. Ummmilli Lideri Heydər Əliyevin 18 sentyabr 2002-ci il tarixində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə təşkil edilmiş rəsmi ziyafətdə dediyi sözlər: “Əsrlər boyu, tarixin bütün zamanlarında Gürcüstan ilə Azərbaycan arasında heç bir nifaq, münaqişə olmamış və bir-birimizlə dostluq, mehribanlıq, qonşuluq şəraitində yaşamışıq.”   Azərbaycan və Türkiyə münasibətləri dərin köklərə malikdir. 1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı demişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. Azərbaycan müstəqillik qazanan zaman, bu müstəqilliyi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Heydər Əliyevin apardığı siyasətdə Türkiyə ilə münasibətlər “İki dövlət, bir millət” prinsipinə əsaslanmışdır. Azərbaycanın ilk səfirliyinin də məhz Türkiyədə açılması, 1991-ci il dekabrın 25-də Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində Ümüd körpüsün salınması, Azərbaycan “Əsrin müqaviləsi”-nin imzalanması, TRASEKA lahiyəsi, BTC kimi böyük lahiyənin imzalanması Azərbaycan və Türkiyə münasibətlərinin birlikdə inkişaf etdiyini göstərirdi. “Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır.” Ulu Öndərin 29 iyun 1999-cu il Türk Dövlətləri və Topluluqlarının Bakıda keçirilən VII Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayındakı nitqindən. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı və siyasi kursunu bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar