Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aqil Məmmədov: “Azərbaycanla Gürcüstanın taleyində oxşarlıqlar çoxdur”

Tarix: 10-10-2023 15:51     Baxış: 4349 A- / A+
“Azərbaycanın qonşu ölkələrlə siyasətində Gürcüstanla münasibətlər xüsusi yer tutur. Hər iki ölkənin taleyində oxşarlıqlar çoxdur”
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinə münasibət bildirərkən söyləyib.
Millət vəkili bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan eyni vaxtda – 1918-ci ilin mayında müstəqilliklərini elan ediblər. Sonra müstəqilliklərini itiriblər. Sovet imperiyasının dağıldığı vaxtda Bakıda və Tiflisdə dinc xalqa qarşı ordu qanlı hücum həyata keçirib. Əsrlərlə bir yaşayan Azərbaycan və Gürcüstan xalqları üçün mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri təbiidir. Cənab Prezidentin çıxışında bildirdiyi kimi hələ sovet dönəmində Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin rəhbərlik etdiyi illərdə bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdu. Bu iki parlaq şəxsiyyət müstəqillik dövründə də öz istedadı və cəsarəti ilə öz xalqlarına əvəzsiz xidmətlər göstəriblər. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Azərbaycan və Gürcüstan inkişaf etməyə başlamışdır. Prezident İlham Əliyev Gürcüstana sayca 11-ci səfəri də bu münasibətləri inkifaş etdirməyə hesablanıb: “Bu görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və daha sıx əməkdaşlıq etməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə xidmət edir. Müstəqilliyimizi bərpa etdikdən sonra keçən 30 il müddətində də ölkələrimiz daim bir biri ilə qarşılıqlı faydalı əməkdaşlıq edib. Bu əməkdaşlıq iqtisadi, mədəni-humanitar sahələrdən tutmuş siyasi, hərbi əməkdaşlığa qədər geniş diapazonda daim inkişaf etdirilib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın milli maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib”.
Deputat Prezident İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşündə dövlətimizin başçısının Cənubi Qafqazda sülhün bərqərar olması ilə söylədiyi fikirlərə toxunub: “Cənab Prezident qeyd etdi ki, “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər”.
Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlərin daha da dərinləşdiyini deyən A.Məmmədov, bütün bunların iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar