Xəbər lenti
Dialoq platforması yenilənir – Əliyev o ölkəni masaya gətirir
Azərbaycan və Ermənistan liderləri arasında Qranada şəhərində Avropa Birliyinin vasitəçiliyi ilə görüşün keçirilməsi avqustda planlaşdırılmışdı. Azərbaycan antiterror tədbirlərindən sonra yeni siyasi şərtlər formalaşıb. Ona görə də bu görüş əvvəlki formatda ola bilməzdi, yeni şərtlər Türkiyənin də danışıqlarda iştirakını labüd edir.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Qənaətimə görə, Prezident İlham Əliyev danışıqların yeni şərtlər çərçivəsində davam etməsində maraqlıdır. Fransa və Almaniya isə buna qarşı çıxır. Əliyev məhz Fransa və Almaniyanın ermənipərəst mövqeyinə, bu ikilinin Türkiyənin prosesə qatılmasına mane olmaq səylərinə görə Qranadaya getməkdən imtina edib. Hesab edirəm ki, İlham Əliyevin bu addımı Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkənin siyasi mövqeyini də gücləndirir. Bundan sonra, Azərbaycan Ermənistanla danışıqlarda üçüncü tərəfin iştirakını qəbul etməməli, birbaşa danışıqlara getməlidir. Yox, əgər bir platforma olacaqsa, Türkiyə də orada olacaq.
Qarabağ problemi həll olunub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Belə bir durumda sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır”.
“Mövcud siyasi konyunktura Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan artıq Ermənistanla sülh müqaviləsinin bağlanmasına tələsməyəcək, tələsən Ermənistan və onun baş naziri Paşinyan olacaq. Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, Tiflisdə ikitərəfli danışıqlar aparıla bilər. Razı deyilsə, başqa format istəyirsə, bundan sonra masada Türkiyə də olacaq, başqa çıxış yolu yoxdur.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar