Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlahi ədalət: Arayikin məhz Gəncə terrorunun ildönümündə tutulması təsadüfi deyil

Tarix: 04-10-2023 16:47     Baxış: 3302 A- / A+


Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyanı saxlayıblar. O, Bakıya gətirilib və ilkin dindirilməsi aparılıb.
 
Arayikin tutulması İkinci Qarabağ müharibəsi zamanı Gəncənin bombalanmasının 3-cü ildönümünə təsadüf edir. Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib. Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
 
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev vurğulayıb ki, günahsız uşaqların, körpələrin, mülki insanların qətlinə əmr vermiş Arayik Arutyunyan və digər qatillərin tutulması,saxlanılması və məhkəmə qarşısına çıxarılması ilahi ədalətin təntənəsidir:
 
"Bu ilahi ədaləti də Allah-taala Ali Baş Komandan cənab İlham Əliyevin şəxsində bizim xalqımıza bəxş etdi. Qarabağdakı bütün separatçı qüvvələr, bütün canilər tutulacaq və ədalət mühakiməsinə veriləcək. Bununla da, bölgədə separatizm və terrorizmin kökü kəsiləcək. Bölgədə sülhün, əməkdaşlığın əsasını da məhz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti quracaq. Fransa başda olmaqla, bir sıra  ermənipərəst qüvvələr şüvən qaldırırlar, Azərbaycana qarşı müəyyən təzyiqlər göstərirlər. Bunlar heç bir fayda verməyəcək. Azərbaycan indiyə qədər getdiyi yolla davam edəcək”.


Deputat söyləyib ki, Arayik Arutyunyanın həbsinin Gəncə terrorunun 3-cü ildönümünə təsadüf etməsi  dünyada ədalətin həmişə qorunacağını göstərir.
 
“Arayik Arutyunyanın tutulması və Bakıya gətirilməsi Gəncə terrorunun düz 3-cü ildönümünə təsadüf etdi. Bu da bir daha haqq və ədalətin dünyada həmişə qorunacağını göstərir. Bu Tanrının seçdiyi insanların sayəsində baş tutacaq. Cinayətkarlar isə tez-gec öz cəzalarını çəkəcəklər. Birinci Qarabağ müharibəsində, Xocalıda faciə törədənlərdən hazırda Ermənistanda olanlar var.  Lakin həmin o Köçəryanlar, Sarkisyanlar, Ohanyanlar da ədalət məhkəməsinin qarşısında dayanacaqlar. O gün də uzaqda deyil. Əsas odur ki, Azərbaycan torpaqlarını işğalan azad etdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bundan sonrakı proseslər də yenə Azərbaycanın diqtəsi altında inkişafa, sülhə, tərəqqiyə doğru irəliləyəcək”.
 
Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov bildirib ki, son vaxtlar baş verən hadisələr Prezident İlham Əliyevin “mən nəyi nə vaxt və necə etmək lazımdır” sözünün təzahürüdür:
 
“Azərbaycan son illər,əsasən də, 44 günlük Vətən müharibəsi və bu yaxınlarda həyata keçirilən ildırımsürətli lokal antiterror tədbirləri, eləcə də reinteqrasiya prosesi ilə əlaqədar konkret əməli addımların atılmasından sonra dünyanın diqqət mərkəzindədir. Cənab Prezidentin həm daxili, həm xarici siyasətdəki uğurları, gedişləri hamı tərəfindən heyrətlə izlənməkdədir. Azərbaycan Baş Prokurorluğu hər hansı erməni terroru ilə bağlı cinayət işi qaldıranda bunların nəyə görə edildiyini düşünənlər vardı. Hər biri bu günlərə hesablanmışdı. Yenə də ölkə Prezidenti cənab İlham Əliyevin "mən nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm" deməsi özünü göstərməkdədir. Canilərin, terrorçuların, əlləri azərbaycanlıların qanına bulaşmış cəlladların bir-bir  tutularaq, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ədalətli Azərbaycan məhkəmələrində onların işinə baxılması həm ilahi ədalətin, həm də güclü Azərbaycan Prezidentinin "mən nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm" sözünün bariz təzahürüdür. Proseslər hər biri düzgün hesablanıb və dəqiqliklə icra olunmaqdadır”.

Vüqar İskəndərov Arayik Arutyunyanın Gəncəyə hücum əmri verdiyi təqvimdə saxlanılmasının və Bakıya gətirilməsinin, ilahi ədalətlə və ölkə başçısının məsələləri düzgün hesablaması ilə bağlı olduğunu vurğulayıb:
 
"Hər birimiz təbii ki, çox şərəfli və qürurlu günlər yaşayırıq. Bu dövrün müasiri olmağımız başqa hisslər doğurur. Azərbaycan 21-ci əsrdə dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilir. Azərbaycan düşmənlərinə göz dağı verir, dostlarının isə sayını artırır. Ölkə insanının layiqli, firavan yaşaması üçün bütün vacib addımları atır. Bu proses təbii ki, davam edəcək".
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar