Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda Bakının qandallamalı olduğu daha kimlər qaldı? - Polkovnik açıqladı

Tarix: 04-10-2023 15:51     Baxış: 3213 A- / A+


“Separatçı “lider”lərin həbs olunmasına baxmayaraq, hələ də Bakıya gətirilməli olan xeyli adam var”.
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycan tərəfindən həbs olunan separatçı “liderlər”dən sonra Bakının “qara siyahı”sında daha kimlərin adının olması məsələsinə aydınlıq gətirib.
Polkovnikin fikrincə, bu gün Qarabağda, o cümlədən Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə Azərbaycan tərəfindən təqdim olunan siyahıda adı keçən bəzi şəxslər var:
“İndi Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Samvel Şahramanyan, Davit İşxanyan və digərləri Bakıya gətirilsə də, bir neçəsi aradan çıxmağı bacarıb. Onları da guya bölgədə sülhməramlı missiyada iştirak edən qoşun komandanları çıxarıb. Çünki bu adamlar o qədər də tanınmış simalar deyildi və adları arxa planda olduğuna görə bəziləri qaçıb gedə bilib. Həmçinin onlar “Laçın” sərhəd-keçid məntəqəsindən yox, başqa istiqamətdən çıxarılıb. Ola bilsin ki, heikopterlə ərazini tərk ediblər”.
Ü.Cəfərov əlavə edib ki, istənilən halda Azərbaycanın əsas hədəfi qondarma rejimin “başçılar”ı idi ki, onlar da artıq saxlanılıb:
“Mənə elə gəlir ki, bu, bizim üçün çox böyük bir uğurdur və baş verənlər separatizmə vurulan ən böyük zərbələrdən biridir. İndi Gürcüstan, Moldova və Ukraynada olan separatçılar da artıq əl-ayağa düşüblər. Mən bu barədə bəzi videoları izləyib məlumatları oxumuşam ki, separatçı “DQR” “rəsmilər”inin həbsi fonunda onlar da artıq narahatdırlar. Çox maraqlıdır ki, Araik Arutyunyanın həbsindən sonra onun digər separatçı “dost”larından hansısa reaksiya gəlməyib. Çünki qondarma “Abxaziya Respublikası”, “Cənubi Osetiya Respublikası”, “Dnestryanı Respublika”, “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın “rəhbərlər”i daim bir-birilərinə təbrik mesajları göndərib dəstəklərini ifadə edirdilər. İndi isə onlar nədənsə susqunluqlarını pozmayıblar”.
Polkovnikin fikrincə, həmin separatçılar da başa düşür ki, Azərbaycan bu gün separatizmə elə bir zərbə vurub ki, bundan sonra bölgədə separatizmin dirçəlməsi qeyri-mümkün olacaq:
“Hazırda proseslər çox sürətlə gedir. Düşünürəm ki, siyahımızda olan xeyli şəxslər tam olmasa da, onlardan əksəriyyəti saxlanılaraq Bakıya gətiriləcək. Sözsüz ki, bəziləri aradan çıxıblar. Lakin bundan sonra getmələri mümkün olmayacaq. Sadəcə, Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarına xəbərdarlıq etməlidir ki, onlar vəzifə səlahiyyətlərini aşıb bu adamların Qarabağı tərk etməsinə şərait yaratmasın”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar