Xəbər lenti
Köçəryan və Sərkisyan da Bakıya gətiriləcək - polkovnik detalları açıqladı
Sülh sənədi imzalandıqdan sonra Ermənistan beynəlxalq axtarışda olan caniləri təhvil verə bilər; Xankəndidə gizlənən üç quldurun isə İrəvana qaçdığı xəbərləri yayılır - rəy
Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş separatçı quldurlar və hərbi canilər bir-bir dənlənərək Bakıya gətirilir. Onların arasında Xocalı caniləri də var. Lakin digər qatı canilər - Qarabağ klanının rəhbərləri, sabiq prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan hələ də azadlıqda - Ermənistandadır.
Bəllidir ki, Paşinyan iqtidarı onlara qarşı zaman-zaman məhkəmə təqibi həyata keçirsə də, bu, Xocalı soyqırımı ilə bağlı olmayıb. Odur ki, hamını daha bir sual düşündürür: Xocalı soyqırımının əsas təşkilatçıları və icraçıları olan bu 3 cinayətkarı, həmçinin Ermənistanda gizlənən və Azərbaycanın axtardığı başqa caniləri - Samvel Babayanı və digərlərini də Azərbaycan ələ keçirə biləcəkmi? Bu arada Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq. “Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Akopyan deyib.
“Yeni Müsavat” xatırladır ki, Akopyan Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” işləyib. O, Ermənistanın Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. Sonuncu dəfə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib. “Samvel Babayan (Bakının qara siyahısında olan başqa bir cinayətkar, hazırda İrəvandadır - red.) son vaxtlar Azərbaycanla birbaşa dialoqun zəruriliyindən çox danışırdı. Qarabağın sülh yolu ilə təslim edilməsi üçün də təşəbbüslər irəli sürüb. Ermənistanın İctimai Televiziyasına müsahibəsində o, Azərbaycan tərəfi ilə əlaqə saxladığını və onlarla hansısa yol xəritəsi üzərində razılaşdığını bildirib”. Bu sözləri isə erməni bloger İşxan Verdyan Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayanın Azərbaycandan həbs edilmədən çıxa bilməsinin səbəbləri haqda danışarkən deyib.
O, Babayanın sonrakı taleyinə və İrəvanın onunla bağlı planlarına da toxunub: “Samvel Babayanın İrəvan tərəfindən Bakıya veriləcəyi ehtimalı sıfırdır. Çünki müsahibəsində o, Qarabağ klanı ilə bağlı bir çox ifşaedici məqamları açıb. Bu isə Nikol Paşinyana öz mövqeyini möhkəmləndirməyə və Ermənistan cəmiyyətində dəyərini yüksəltməyə böyük kömək etdi. Hətta Babayanın rəhbər vəzifəyə təyin olunması da mümkündür. Təəssüf ki, Ermənistanda Xocalı cəlladlarının yüksək vəzifələrə təyin edilməsi ənənəsi hələ də qorunub saxlanılır”. Bəs Ermənistanla sülh müqaviləsindən sonra Nikol Paşinyan hökuməti Ermənistana qaçmış cinayətkarları, xüsusən də Xocalı cəlladlarını Azərbaycana təhvil verə bilərmi? Bu, şübhəsiz ki, iki xalq arasında etimad mühitini daha da gücləndirmiş olardı. Amma Ermənistan hakimiyyəti buna gedərmi?
Onu da deyək ki, teleqramın erməni seqmentinin təsirli kanalı olan “@bagramyan26" məlumat yaymışdı ki, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində Qarabağdakı separatçı rejimin 3 keçmiş "prezidenti" və “hökumət üzvləri” Ermənistana keçə bilib. Musavat.com isə erməni mediasına istinadən xəbər verib ki, “Aravot” qəzetinin jurnalisti Nelli Qriqoryan separatçıların keçmiş liderlərinin İrəvanda olması ilə bağlı əvvəllər dərc edilmiş məlumatı təkzib edib. Məlumatı ilk yayan təsirli teleqram kanalı @bagramyan26 isə hələ də təkzib etməyib. Separatçı-terrorçu dəstənin keçmiş başçıları - Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan artıq İrəvandadır. Belə bir iddia ilə “Sputnik Ermənistan” da çıxış edib. Nəşrin yazdığına görə, onlarla birlikdə keçmiş “dqr” “hökuməti”nin və qanunsuz silahlı birləşmələrin rəhbərlərinin böyük hissəsi, danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya əsasən, oktyabrın 1-i axşam saatlarında Ermənistana təhvil verilib. “Tert.am” erməni saytı isə öz mənbələrinə istinadla bu məlumatı təkzib edib. Saytın mənbəsi bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Ermənistanda deyil. Bir sözlə, ziddiyyətli informasiyalar yayılmaqdadır. Qeyd edək ki, dörd separatçı həbs edilib - Ruben Vardanyan, Davit Manukyan, Lyova Mnatsakanyan və David Babayan...
Şair Ramaldanov

Polkovnik Şair Ramaldanov qeyd edib ki, sülh müqaviləsi iki dövlət arasında bağlanır və sənədin Xocalı qatilləri ilə əlaqəsi yoxdur: “Sülh sənədində öhdəliklər olur, sərhədlər dəqiqləşdirilir, bir sıra məsələlər razılaşdırılır. Yəni əli qana batmış canilərə aidiyyəti yoxdur. Amma sülh sənədindən sonra götürülən öhdəliklər çərçivəsində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş qatil şəxslərin ölkəmizə təhvil verilməsi tələb oluna bilər. Sadəcə, onların bəziləri Ermənistandadır, bəziləri xaricə qaçıb, bir qrupu isə Qarabağ iqtisadi rayonundadır”. Polkovnik bildirdi ki, əgər Azərbaycan ərazisində gizlənirlərsə, onları yalnız Rusiya sülhməramlıları öz hərbi qərargahlarında saxlaya bilərlər: "Hələ ki rusların olduğu yerə baxış keçirmək imkanımız olmayıb. Ona görə gizlənmək üçün yetərli qədər yerlər hələ var. Yox, hansısa yolla aradan çıxıblarsa, bunu da yenə edəcək tərəf varsa, bu da rus hərbçi kontingenti ola bilər. Bununla belə, onların Xankəndidə, yaxud hansısa hərbi qərargahda gizləndikləri haqda konkret məlumatlar olsa, o zaman sülhməramlılarla danışılacaq, bu da həll olunacaq, Azərbaycana təhvil veriləcəklər. Bütün hallarda separatizmə son qoymuşuq, hazırda proses davam edir. Eyni zamanda Rusiya sülhməramlıları cinayətkarların təhvil verilməsində iştirak etməlidirlər. Çünki onlar radikallıqla, terrorçuluqla məşğul olublar, oradakı əhali üçün təhdid mənbəyidirlər. Ona görə siz deyən şəxslərin axtarışları ilə bağlı iş aparılmaqdadır. Hər halda, xüsusi orqanlar bu işlə məşğuldurlar".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar