Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlılar Qarabağı tərk edir, Zəngəzur dəhlizi açılır – Ekspert

Tarix: 02-10-2023 20:47     Baxış: 3200 A- / A+



Azərbaycan Xankəndi və ətraf ərazilərdə daxil olmaqla bütün torpaqlarında nəzarəti bərpa etdikdən sonra Rusiya sülhməramlılarının səlahiyyət müddəti məsələsi yenidən aktuallaşdı. Bəzi ekspertlər iddia edirlər ki, hazırda sülhməramlıların Qarabağda qalması üçün səbəb yoxdur. Bəziləri isə sülhməramlıların səlahiyyət müddətinin uzadılmasını Zəngəzur dəhlizi ilə bağlı olaraq vacib hesab edirlər.
Maraqlıdır, Rusiya sülhməramlıları Azərbaycanı nə vaxt tərk edəcəklər? Zəngəzur dəhlizi nə zaman açılacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Rusiya sülhməramlılarının Azərbaycanı tərk etmə tarixi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüs sammitində mühüm informasiya verdi:
Netanyahunun Bakıya göndərdiyi mesajda sensasion detallar: böyük prosesin şifrələri açılır - GlobalInfo.az
Qədir Aslan
“Həmin çıxışda Ərdoğan qeyd etdi ki, 2025-ci ilə qədər sülhməramlılar Qarabağı tərk edəcək və dərhal da əlavə etdi ki, əziz qardaşım İlham Əliyev bu işlərlə məşğuldur.
Bu sözlər iyul ayında deyilib və biz sentyabr ayında baş verən proseslərin nə dərəcədə vacib olduğunu gördük. Hazırda Rusiya tərəfi də rəsmi şəkildə açıqlayıb ki, sülhməramlıların səlahiyyət müddətinin artırılması Bakı ilə danışılmalıdır.
Hesab edirəm ki, sülhməramlılar 2025-ci ildə Azərbaycanı tərk edəcək. Azərbaycan hazırda bu istiqamətdə müvafiq işlər görür. Rəsmi Bakı regionda üçüncü bir ölkənin qalmasına ehtiyac görmür.
O ki qaldı Zəngəzur dəhlizinin nə zaman açılmasına, Türkiyə tərəfi də bu məsələ ilə yaxından maraqlanır. Burada Ankara-Bakı birgə maraqları var. Bundan əlavə, Rusiyanın da maraqları bizimki ilə üst-üstə düşür. Bu baxımdan hesab edirəm Ermənistan ilə diplomatik münasibətlər normallaşandan sonra bu məsələ də öz həllini tapacaq”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar