Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: Böyük Qayıdış Azərbaycanın qüdrətini, xalqımızın Vətəninə bağlılığını bir daha dünyaya nümayiş etdirir

Tarix: 02-10-2023 16:38     Baxış: 3294 A- / A+
Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib.

Manevr.az
xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Deputat deyib ki, bu müddət ərzində ərazimizin 20 faizə qədəri Ermənistanın işğalı altında olub. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Misk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar isə nəticəsiz qalıb. 1992-ci ildən 2020-ci ilə qədər aparılan mənasız və nəticəsiz danışıqlardan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistanın geniş miqyaslı təxribatına cavab olaraq həyata keçirilən əks-hücum nəticəsində torpaqlarımız işğaldan azad edilib:
“Ermənistan isə bu müddət ərzində beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozmağa, Cenevrə Konvensiyasına əsasən, cinayət törətməyə davam edirdi. Prezident İlham Əliyevin Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında vurğuladığı kimi, bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi, onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın. İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz idi”.
Aqil Məmmədov Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevriləcəyini bəyan etdiyini bildirib: “Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri göz önündədir. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Prezident İlham Əliyev növbəti il üçün planlaşdırılan minimum büdcənin 2,4 milyard ABŞ dolları olacağını açıqlayıb. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Bunlar xalqımızın öz yurd-yuvasına nə dərəcədə bağlı olduğunu bir daha təsdiq edir. Onu da qeyd etmək istərdim ki, 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Böyük Qayıdış sürətlə həyata keçirilir və bu, Azərbaycanın qüdrətini, xalqımızın Vətəninə bağlılığını bir daha dünyaya nümayiş etdirir”.
Deputat qeyd edib ki, Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi: “44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı. Son təxribat nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olması isə səbrimizi daşırdı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. Qarabağda yaşayan erməni sakinlər də separatçı kriminal rejimdən azad oldu. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Qarabağın erməni əhalisinin də hüquqları - dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar