Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səfir erməni radikalların səfirliyimizə hücum edəcəyini AÇIQLADI

Tarix: 01-10-2023 10:32     Baxış: 3225 A- / A+

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan "ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlayıb.

 
Manevr.az
xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

"Sabah, oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mövcud insayder məlumatlarına görə, mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də dəvətlidir. Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətləri ardınca baş verəcək.

Belçikada məskunlaşan və ev sahibi millətin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.

Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksəksəviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-nin yorulmaz səylərinə qarşı yönəlib. Bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də "milli maraqlara xəyanətdə” günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib. Ən şokasalan isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla həmfikirdirlər.

Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik. Sağlam düşüncənin qalib gələcəyinə ümidliyəm”, - Azərbaycan səfiri qeyd edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar