Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Lyovanı ələ keçirdi: məşhur qatil nələr edib? - Xocalı soyqırımı günü...

Tarix: 30-09-2023 09:55     Baxış: 4352 A- / A+

Ötən gün Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan keçmiş separatçı-terrorçu dəstənin keçmiş "müdafiə naziri", "general-leytenant" Lyova (Levon) Mnatsakanyan 1991-1994-cü illərdə ermənilərin işğalçı dəstələrinin komandirlərindən olub, Xocalı və Meşəli soyqırımlarında aktiv iştirak edib. Kəlbəcərin işğalı zamanı yüzlərlə dinc azərbaycanlını qətlə yetirənlərdən biridir.
Manevr.az bildirir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub, 1983-1985-ci illərdə sovet ordusunda xidmət edib:
"Lyova Mnatsakanyan Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb.
Kəlbəcər döyüşlərində Xankəndi ("Stepanakert") alayının komandiri idi və 6 mindən çox azərbaycanlının qətlində günahkar sayılır. Qarabağ döyüşçüləri bu qatili yaxşı tanıyırlar. Kəlbəcər uğrunda döyüşlərdə bu terrorçu komandir uçqun yaratmaq üçün dağ zirvələrini atəşə tutur və nəticədə bir çox azərbaycanlı hərbçi şəhid olur. Çox əsgər donaraq ölür. Bəzi Azərbaycan əsgərləri soyuqdan dəli olur, bəziləri donmuş çaylarda "üzməyə" başlayır. Məhz bu qatilin əmri ilə bu əsgərlər hamısı ağır silahlardan atəş nəticəsində şəhid edilir.
Kəlbəcər döyüşündən sonra Lyova ölmüş əsgərləri qarət edir.
1990-cı illərdə Qarabağda azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıq göstərən Lyova əsir və girov düşənlərə qarşı xüsusi amansızlıqla davranıb. O, vedrənin altında deşik açır, tərsinə çevirib içinə siçovul yerləşdirir, vedrənin üstündə azərbaycanlıları lüt otuzdurur, vedrəni qızdırırdı; siçovul istidən qaçmaq üçün deşikdən birbaşa orda oturan şəxsin anus dəliyinə girirdi. Bu dəhşətli cəza üsulu ən qəddar növlərdən sayılırdı və qədim Çindən götürülmüşdü.
Lyova əsirləri ağır zirehli maşınlardan atılan silahla vurmaqla məşhur idi. Əsirləri hədəf kimi qoyub onları parça-parça edirdi mərmi zərbələri ilə.
Xocalı soyqırımı günü Mnatsakanyan qaçmağa çalışan insanların üstündən zirehli maşınla keçib. Məhz Çingiz Mustafayevin çəkdiyi kadrlarda meyitlərin təhqir edilməsini Mnatsakanyan təşkil edib. Xocalıda dinc əhalinin tövlələrə yığıb yandıranlardan biri də bu idi".
Alim xatırladıb ki, Mnatsakanyan BTC çəkiləndə terror qrupu toplayıb, kəməri partlatmaqla Azərbaycanı hədələyib.axar.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar