Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycan-Türkiyə birliyi bütün təzyiqlər qarşısında ən güclü silahımızdır" - Millət vəkili

Tarix: 28-09-2023 13:31     Baxış: 4251 A- / A+



“Bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, iki ölkə arasında imzalanan yeni müqavilələr haqda danışarkən söyləyib.
Millət vəkili bildirib ki, “bir millət, iki dövlət” həmrəyliyinin nəticəsi idi ki, biz 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi Türkiyə daim bizimlə bir olub. Sevincimizə, kədəritmizə şərik olub: “Prezident Ərdoğanın işğaldan azad edilən ərazilərimizə səfər edən ilk xarici ölkə başçısının olması iki qardaş ölkənin münasibətlərinin möhkəm təmələ malik olduğunun, Türkiyə-Azərbaycan dostluq və qardaşlığının dünyaya bir nümunə, örnək olduğunun göstəricisidir. Əsrlərə bağlı olan bu birlik, dostluq və qardaşlıq münasibətlər günümüzdə hər iki ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi səfərləri, ilk növbədə, iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır”.
A.Məmədovun sözlərinə görə Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Dövlətimizin başçısı vurğuladı ki, “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir”. Yaşanan reallıqlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyun oynayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar