Xəbər verdiyimiz kimi, bu gün “Laçın” sərhəd-keçid məntəqəsində qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışan Ruben Vardanyan Ermənistana qaçarkən saxlanılıb. O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Maraqlıdır, görəsən, Ruben Vardanyanın aqibəti necə olacaq? Qanunvericiliyə əsasən, onu nə qədər cəza gözləyir?
Məsələ ilə bağlı vəkil Turan Abdullazadə açıqlamasında bildirib ki, Xankəndidə “dövlət naziri” təyin edilən Ruben Vardanyan Azərbaycan qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Onun sözlərinə görə, bunun üçün Cinayət Məcəlləsində kifayət qədər hüquqi əsaslar var:
“Cinayət Məcəlləsinə əsasən, sülh və insanlıq əleyhinə çıxan şəxs müharibə cinayətlərinin törədilməsi yerindən asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Bildiyimiz kimi, Ruben Vardanyan Qarabağda separatçılıq və terrorçuluq fəaliyyətinə təşkilatçılıq edərək terrorizmin bölgədə aktivləşməsində ciddi rol oynayıb. Yerli erməni icmasını Azərbaycan qanunlarına tabe olmamağa çağırıb, ərazi bütövlüyümüzə açıq-aşkar təhdid yaradıb, həmçinin etnik zəmində münaqişəni körükləyərək ölkəmizin sərvətlərinin qanunsuz olaraq talanmasında yaxından iştirak edib. Həmçinin onun əməlində müharibə və insanlıq əleyhinə olan cinayətlərin tərkibi var. Bundan başqa o, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə yaxud iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda o, Qarabağda qanunsuz sahibkarlıqla məşğul olaraq Azərbaycan Respublikasının təbii sərvətlərinin qanunsuz istismarını həyata keçib. Bununla yanaşı Qarabağda ekoloji cinayətlər də törədib. Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər də daxildir”.
Turan Abdullazadə həmçinin qeyd edib ki, Ruben Vardanyan cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin bir sıra maddələri ilə mühakimə oluna bilər:
“Hətta Ruben Vardanyan ömürlük azadlıqdan məhrum edilərək həyatının geri qalanını dəmir barmaqlıqlar arasında keçirə bilər. Belə ki, ömürlük azadlıqdan məhrum etmə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar xüsusilə ağır cinayətlərə görə müəyyən edilə bilər. Cinayət Məcəlləsinin 114-cü maddəsinə əsasən, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda terrorçuluğu maliyyələşdirmə, açıq çağırışlar, bu məqsədlə təlim keçmək ağır və xüsusilə ağır cinayətlər olmaqla çox sərt şəkildə cəzalandırılır. Bununla yanaşı Cinayət Məcəlləsinin 279-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaxud qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin dövlət əleyhinə yönələn açıq çağırışlar, milli, irqi, sosial yaxud dini nifrət və düşmənçiliyin salınması da cinayət tərkibi yaradan əməllər sırasındadır. Ruben Vardanyanın əməllərində isə Cinayət Məcəlləsində nəzərdə tutulmuş ən ağır cinayətlərin tərkibi var. Hətta Belçikanın nüfuzlu dövri nəşrlərindən biri olan “EUReporter”də dərc olunan məqalədə separatçıların keçmiş "dövlət naziri", erməni milyarder Ruben Vardanyan Avropa İttifaqı və bütün Qərb üçün təhlükə adlandırılıb. Bütövlükdə bu şəxs bizim region üçün təhlükə mənbəyidir. Erməni milyarderin əsas məqsədlərindən biri separatizmin genişlənməsinə çalışmaq idi. Hətta o, Ukrayna tərəfindən də beynəlxalq axtarışa verilmişdi”.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar