Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanın Kərki, Qazaxın 7 kəndi necə olacaq? – Danışıqlar masasında əsas məsələ…

Tarix: 27-09-2023 15:53     Baxış: 3290 A- / A+



Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi uğurlu antiterror əməliyyatı sonrası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə olan inam yenidən artıb. Ermənistan tərəfindən gələn müsbət mesajlar da sülhə olan inamı artırır.
Bununla belə iki ölkə arasında sülh danışıqlarının predmetinə dair bəzi suallar qalır.
Maraqlıdır, Ermənistan-Azərbaycan sülh danışıqlarına Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi, Mehri, Nüvədi qəsəbələri salınıb?
Mövzunu Globalinfo.az-a şərh edən Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, hazırkı mərhələdə Ermənistan ilə Azərbaycan arasında danışıqlar masasında müzakirə edilən əsas məsələ sülh sazişinin mətnidir:

Sülhəddin Əkbər
“Yəni həmin bu müqavilədə daha çox iki ölkə münasibətlərinin normallaşdırılmasına dair məsələlər öz əksini tapacaq. Digər mühüm məsələ isə şübhəsiz ki, ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Bu barədə hətta prinsipial razılıq əldə edilib. Bu kontekstdə bütün torpaqların geri qaytarılması da müzakirə mövzusudur.
Hesab edirəm, digər aktual müzakirə mövzusu Zəngəzur dəhlizinin açılması məsələsi olacaq. Belə ki, hazırda üçtərəfli bəyanatın yerinə yetirilməyən 9-cu bəndi məhz budur. Bu, Vaşinqtonda, Brüsseldə gedən danışıqların əsas müzakirə mövzusu olmasa da Türkiyə-Ermənistan-Rusiya üçlü müzakirə masasında əsas mövzulardan biri olacaq.
Nəticə etibarilə Vaşinqton-Brüssel danışıqlarında dövlətlərarası sülh müqaviləsinin imzalanması və bu kontekstdə ərazi bütövlüyünün tanınması, habelə, Qazaxın 7 kəndinin, Naxçıvanın Kərki kəndinin qaytarılması danışılacaq. Moskva danışıqlarında isə Zəngəzur dəhlizinin açılması danışılacaq.
O ki qaldı Mehri və Nüvədi qəsəbələrinin geri qaytarılmasına, bu haqda nəsə deyə bilmərəm. Çünki danışıqlar masasında qarşılıqlı ərazi bütövlüyündən danışırıqsa, ərazi iddiaları olmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar