Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ruben Vardanyan saxlanılıb?

Tarix: 27-09-2023 13:33     Baxış: 3276 A- / A+


Ruben Vardanyan saxlanılıb?

Ermənistanın bəzi xəbər saytları və Teleqram kanalları qondarma “Artsaxın keçmiş dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayıblar.

Manevr.az-ın məlumatına görə, yayılan xəbərlərdə Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı bildirilib.

Hələlik bununla bağlı rəsmi məlumat almaq mümkün olmayıb.
 
1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Harutunyanın "dövlət naziri" vəzifəsini tutmaq təklifini qəbul edib. O, bir müddət bu qondarma "vəzifə"ni daşıyandan sonra "istefaya göndərilib".

Qeyd edək ki, Vardanyanın Qarabağdakı separatçı rejimin "dövlət naziri" elan edilməsindən sonra azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlamışdılar.

Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi ilə Qarabağa gətirildiyini bildirirlər.modern.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar